Müğənni Arzum anasından ayrılmaq məcburiyyətindədir
23 fevral 2011 13:12 (UTC +04:00)

Müğənni Arzum anasından ayrılmaq məcburiyyətindədir

Lent.az- ın məlumatına görə, sənətçi yaxın zamanlarda onu sevənlərinə bir çox yenilik təqdim edəcək. Hazırda sirr saxladığı layihəsi üzərində çalışan Arzum sənətilə bağlı təkliflərin sayının artdığını deyib: “İlk öncə onu deyim ki, sənətimlə bağlı aldığım təkliflər birə beş artıb. Bu yaxınlarda Norveçdən təklif almışam. Düzdür, təklif ürəkaçan olsa da, bəzi məqamlar məni qane etmədi. Həm də mən vətənimdən kənarda, xüsusilə də anamdan uzaq yaşaya bilmərəm. Onlar istəyirdi ki, 3 il müddətinə Norveçə köçüm. Lakin mənim burdakı işlərim və bayaq dediyim səbəblər təklifi qəbul etməyimə mane oldu. Ancaq ola bilsin ki, yayda 2 illik müddətinə getdim. Çünki təklifi dəyərləndirmək istəyirəm”.

Sevda
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1605

Oxşar yazılar