ŞOK! Rəşad Dağlı yarışma zamanı SMS-ləri “nəzir qutusu” ilə toplayıb
Məşhur meyxanaçı Rəşad Dağlı ANS TV-də yayımlanan “Söz qalası” meyxana yarışmasında iştirak edərkən SMS-lərin bir qismini əhalidən toplanılan pulla yığıb. Bu barədə Lent.az-a məlumat verən meyxana həvəskarı sözlərinə görə, pul yığımı Rəşadın yaşadığı məhəllədə (Yasamal rayonu ərazisində) həyata keçirilib.
Belə ki, küçədə “Rəşad Dağlıya yardım qutusu” sözləri yazılmış qutu qoyulub. “Söz qalası” yarışmasında Rəşada azarkeşlik edən şəxslər həmin qutuya pul salırmış. Bu zaman orta məktəb şagirdlərinin xüsusi fəallıq göstərdiyi bildirilir.
Hər gün bir dəfə qutu boşaldılıb, oradan çıxan pullarla kontur alınıb, sonra isə yarışma təşkilatçıları tərəfindən Rəşad Dağlı üçün müəyyənləşdirilmiş qısa mesaj nömrəsinə SMS göndərilib.
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Rəşad Dağlının prodüseri Mehman qutu barədə deyilənləri təkzib edib. Onun sözlərinə görə, əslində heç bir qutu olmayıb: “Sadəcə olaraq, bir qrup meyxana həvəskarı məhəllədə Rəşad üçün “palatka” qurmaq istəyirdi. Təklif edirdilər ki, “palatka”ya gələnlərə çay və şirniyyat verilsin, orada meyxana məclisi qurulsun, həm də Rəşada SMS göndərmək üçün pul toplanılsın. Ancaq Rəşad bu təklifin əleyhinə çıxaraq, “palatka” qurulmasına da razılıq vermədi. Hətta Lənkəran, Qax, Masallı və digər rayonlardan “palatka” xəbərinin doğruluğuna inanaraq, Bakıya gəlmək istəyənlər də vardı. Ancaq bizə zəng vuranda deyirdik ki, belə şey yoxdur, gəlməyin”.
Prodüser Rəşad Dağlının “Söz qalası” yarışmasının yarımfinal mərhələsində meyxanaçı Xəyyama uduzduğunu xatırladaraq deyib ki, yarışma günü qalib gələn Rəşad olub: “Yarışmada yeganə meyxanaçı Rəşad idi ki, konkret heç kimin adını çəkib səs istəmirdi. Sonuncu görüşündə də efir vasitəsilə üzünü camaata tutub dedi ki, mənə səs göndərməyin. Çünki Xəyyam həmin vaxt çox irəlidə idi. Bununla belə, əhali oyun günü Rəşada Xəyyamdan çox səs göndərdi. Həmin gün Xəyyam 8 mindən artıq, Rəşad isə 13 800-dən artıq səs topladı. Sadəcə, ümumi səs nisbətinə görə Xəyyam Rəşada qalib gəldi”.
Pərvin ABBASOV

1442