Maykl Ceksonun mirası uğrunda dava
09 noyabr 2009 11:45 (UTC +04:00)

Maykl Ceksonun mirası uğrunda dava

Pop kralı Maykl Ceksonun atası Ceo Cekson oğlunun mirasından pay istəyir.

Lent.az-ın Amerika mətbuatına istinadən verdiyi məlumata görə, Ceo Cekson Los Ancels Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

O iddia ərizəsində yazıb ki, Maykl Ceksonun anası Katerinə hər ay oğlunun mirasından 86 min dollar verilir. Qeyd edək ki, Maykl Cekson vəsiyyətində 3 uşağına anasının baxmasını istəyib. 86 min dollar da hər ay onun mirasından bu məqsədlə anasına ayrılır.

Ceo Cekson isə özü üçün pul əldə etmək istəyir və hər ay ona 15 min dollar verilməsini tələb edir. Öz kefindən qalmayan ata bu pulu kirayə, yemək və təyyarə biletlərinə xərcləyəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar