Toy sahibi Nadir Qafarzadəni pulsuz yola saldı - EKSKLÜZİV
Müğənni Nadir Qafarzadənin başına qəribə hadisə gəlib. Lent.az-a daxil olan məlumata görə, müğənni şəhər restoranlarının birində keçirilən toy mərasimində əvvəldən axıradək oxuyub, məclisi idarə edib. Sonda isə toy sahibi müğənnini pulsuz yola salıb.
Məlumatı Qafarzadə qismən təsdiqləyib və məsələyə aydınlıq gətirib: “Bu hadisə 3-4 gün əvvəl baş verib. Həmin şəxsin toyuna çox az adam gəldiyindən ziyanla başa vurdu. Üstəlik, toydan pulsuz gedən tək mən olmamışam. Toy sahibi hətta fotoqrafa da borclu qaldı”.
Müğənni toy sahibinin ona girov verdiyini də deyib: “O şəxs həyətimə xarici markalı maşın gətirdi ki, pulu verənə qədər həyətində qalsın. Mən insanlığımı göstərib, təklifi qəbul etmədim”.
Müğənni borcun məbləğini açıqlamaqdan imtina edib.
Lalə Yusifqızı

764