Aydın Quliyev: “O müğənni körpəsinə ziyan vura bilər...” – MÜSAHİBƏ
Aydın Quliyevin rəhbərlik etdiyi qəzetdə şou-biznes mövzusuna yanaşma digər qəzetlərdən fərqlənir: “Bakı Xəbər” adətən üzdə olan müğənniləri tənqid edir (haqlı olaraq), bu mövzuyla bağlı ziyalıların fikirlərini çatdırır, bununla da bir çoxunun ürəyindən tikan çıxarır.
Yəqin elə Aydın müəllimin müsahibədə dedikləri də çoxlarının ürəyindən olacaq; necə ki, o sözlər bəzilərinin ürəyinə ox kimi dəyəcək. Beləliklə, Lent.az-ın “Ciddi-Ciddi” rubrikasına “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev danışır (Bilmirəm söhbət boyu o, qəsdən “şou musiqi” deyirdi, yoxsa “şou-biznes” demək istəyirdi. Özündən də soruşmadım, ancaq necə deyibsə, eləcə də yazıram)
- Şou-bizneslə nə qədər maraqlanırsınız?
- Şou musiqiyə, ümumiyyətlə marağım yoxdur, məqsədyönlü şəkildə də izləmirəm. Amma çox təəssüf ki, bizim istəyimizdən asılı olmayaraq, zövqümüzün ziddinə olaraq, bu, gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bədbəxtlikdən həyatımızı bundan sonra da şou-bizneslə nə qədər aparacağımızı bilmirik.
Məqsədli şəkildə maraqlanmasam da, bu mövzuda olan müzakirələrə qatıldığımdan, şou-biznesə, onun müəyyən epizodlarına nəzər yetirmişəm.
- Bəs dinləyərkən daha çox hansı musiqilərə üstünlük verirsiniz?
- Bilirsiz, məncə, insanın ilin bütün fəsillərində, yaşın bütün dövrlərində eyni musiqinin həvəskarı olması fikrini söyləmək mümkün deyil. Ancaq musiqi həvəskarı olmaq insan üçün çox vacibdir. Çünki musiqini duymayan insanın hissiyyatlarının tam, bütöv olmasını demək də çətindir. İnsanın musiqi zövqü, hissiyyatı çox faktorun təsiri altında formalaşır. Burada yaş, ictimai-siyasi mühit, insanın əhval-ruhiyyəsi və s. rol oynayır. Bu mənada mən muğamla yanaşı, xalq musiqisi və lirik musiqiyə də böyük məmnuniyyətlə qulaq asıram. Ancaq elə ola bilər ki, ritmik musiqini dinləyirəm. Məsələn, maşında gedərkən günün bəzi vaxtlarında ritmik musiqiyə qulaq asıram. Şəxsən özümün mənəvi aləmimdə ayrı-ayrılıqda hər bir musiqi janrının yerini görürəm.
- Bugünkü şou-biznes, hamının tənqid etdiyi müğənnilər, onları oxuduqları. Bu mövzuda Siz nə düşünürsüz?
- Hər halda az sayda və miqyasda olsa da, ölkəmizdə əhalinin böyük bir hissəsini bezdirən, onun lənətini qazanan şou musiqinin də fanatları, tərəfdarları var. Əslində o da normal sayılmazdı ki, əhali, cəmiyyət musiqinin yalnız bir janrının həvəskarı olsun. Milyonlarla insan yaşadığı kimi, milyonlarla da zövq var. O cümlədən şou musiqinin də öz tərəfdarları var. Ancaq təəssüf ki, Azərbaycanda şou musiqi inkişaf etməyib. Şou musiqi ölkəyə bir moda, yenilik kimi gəldi. Amma mütərəqqi şəkildə inkişaf edə bilmədi. Əksinə, epidemiya, yabanı bitki kimi yayılmağa başladı. Bu gün şou musiqini ziyanlı şəkildə yayılan alaq otu ilə müqayisə edərdim. Şou musiqi Azərbaycanı dünya miqyasında tanıdan səbəblərdən biri olmalıdır. Ancaq daha indiki kimi yox. Bütövlükdə demək olar ki, bu şou-biznes bizim ölkəmizə, xalqımıza baş ucalığı gətirməyib. Ona görə də kütləvi tərbiyəsizlik, əxlaqsızlıq, mədəniyyətsiz bir janr kimi lənətlənməlidir. Bu isə KİV-lərdən, birinci növbədə isə televiziyalardan asılıdır. Ancaq çox təəssüf ki, əksinədir: şou-biznes, şou musiqini epidemiya kimi yayılmasında telekanalların mənfi mənada çox böyük rolu var.
- Musiqi ilə ölkənin dünyada tanınmasından danışdınız. Azərbaycan iki dəfə “Eurovision” müsabiqəsinə qatılıb. Hətta bu il təmsilçimiz ilk “üçlüy”ə də düşdü...
- Sözün açığı, ölkənin musiqi sahəsində təbliği bircə mahnı ilə olmur. Söhbət son dərəcə zəngin repertuara malik sənətkardan gedir. Məsələn, bu gün Alla Puqaçova musiqisilə Rusiyanı bütün dünyada təbliğ edir. Ancaq heç kim deyə bilməz ki, Puqaçova bu səviyyəyə konkret bir mahnıyla çatdı. O, özünün zəngin repertuarı ilə dünyanın dörd bir yerində insanların musiqi zövqünü oxşayan repertuarla gəldi. Bizi “Eurovision”da təmsil edən müğənni bir mahnıyla ora çıxıbsa, o demək deyil ki, bizi tanıdan, təbliğ edən ulduza çevrilib. Söhbət çox zəngin repertuara, çox yüksək ifaçılıq, səhnə mədəniyyətə malik ulduz sənətkarlardan gedir. Çox təəssüf ki, sadaladığım cəhətləri özündə cəmləşdirən şou musiqiçi hələ Azərbaycanda yoxdur.
- Üzdə olan müğənnilərdən hansı Azərbaycanın Alla Puqaçovası ola bilərdi?
- Ad çəkmək mənim üçün çox çətindir. Ancaq fikrimcə, bizdəki şou musiqiçiləri şərti olaraq, iki qrupa bölmək olar. Birinci qrup olan-qalan sənətini, səsini, ifaçılıq məharətini müəyyən davranışlarına, əxlaqına, mədəniyyətinə qurban verən musiqiçilərdir. Bu, o musiqiçilərdir ki, az-çox sənəti, ifaçılıq məharəti var. Ancaq davranışları, hərəkətləri ilə özləri haqqında yaratdıqları imicə bütün sənətini qurban verib. Başqa bir qrup musiqiçilər isə özünün sənətsizliyini, istedadsızlığını müxtəlif şit hərəkət və davranışlarla ört-basdır eləmək istəyir. Təsadüfi deyil ki, çox adam ikinci qrupa daxil olanları mahnıları ilə deyil, qalmaqalları, göstərilərilə tanıyır. Ancaq hər iki halda əsl sənət, sənətkarlıq yox olur. Başqa sözlə, əslində bizdə Alla Puqaçova kimi ulduza çevrilmək şansı olanlar var idi. Təəssüf ki, onlar da şansını itirib. Gələcəkdə belə şanslılar yaranacaq-yaranmayacaq, bunu indidən demək olmaz.
- Sonuncu sualı cavablandırarkən “şit hərəkət” kəlməsini işlətdiniz. Röyanın hamilə halda konsert verməsini şit hərəkət sayılır, yoxsa başqa bir şey?
- Bilirsiz, ümumiyyətlə sənətkarın, şou musiqiçinin özünü efirdə, yaxud mətbuatda, cəmiyyətdə musiqi və ifaçılıqdan başqa hər hansı bir göstəriciylə, əlamətlə nümayiş, reklam elətdirməsi yolverilməzdir. Əslində bu, çox əcaib bir görüntüyə çevrilir. Məsələn, nə qədər düzgün olar ki, bir auditoriyaya qoltuğuna qovluq vurub dərs deməyə gələn müəllim özünü tələbələrə çox erudisiyalı, savadlı, dünyagörüşlü və böyük metodiki üslubları olan bir insan kimi göstərməyin əvəzində tribunada təlxəklik eləsin?! Hər halda, bunu heç kim qəbul eləməz. Çünki həmin şəxsdən yalnız bir müəllim, professor, elm adamı kimi ona xas olmalı olan keyfiyyətləri gözləyir. Cəmiyyət eynilə də şou musiqidə olan insanlardan onun yalnız sənətini, bir musiqiçi hərəkətlərini, ifasını istəyir. Ancaq gətirib özünü hamilə vəziyyətdə cəmiyyətə təqdim etmək, yaxud hər gün başqa şəxsi məsələlərini efirdə danışmaq – bunlar düzgün deyil. Bu məsələdə günahın bir hissəsi şou musiqiçilərin üzərinə düşürsə, çoxu televiziyaların üzərinə düşür ki, bu adamların qeyri-nümunəvi davranışlarını nümunə kimi təqdim olunmasına imkan verir. Hamilə vəziyyətdə, müxtəlif vulqar görkəmlərdə konsert vermək, camaat arasında görünmək çox pis haldır.
- Verdiyim sualla bağlı bir az da konkretləşmə aparmaq istəyirəm: əgər Röya hamilədirsə, həmin vaxt konsert verməməlidir? Bəlkə konsert verməli, ancaq hamiləlik məsələsini qabartmamalıdır?
- Mən, ümumiyyətlə konkret olaraq, Röya, yaxud başqası haqqında danışmıram. Düzdür, eşitmişəm ki, başqa fizioloji hallarda cəmiyyət arasına, üzə çıxan müğənnilər var. Ancaq istənilən halda məsələyə başqa yöndən də baxmaq lazımdır. Belə adamların bir musiqiçi kimi öz qabiliyyətini göstərmək istəyilə yanaşı, bir qadın kimi analıq hissinə hörmətindən də danışmaq lazımdır. Axı necə insan ola bilər ki, səhnəyə çıxmaq oxumaq istəyi onun normal bir ana olmaq istəyini üstələsin. Adətən qadın hamilə olanda bətndəki körpənin hayında olur, onu həyəcanlandırmaz, lazım olmayan tərpənişlərinə səbəb ola biləcək hərəkətlərə yol verməz. Səhnə isə çox emosional bir yerdir: orada həyəcan da, alqış da, narahatlıq da var. İstənilən halda, hər bir qadın müğənni – bunu başqa peşə sahiblərinə da aid etmək olar – sənətindən əvvəl analıq borcuna məsuliyyət hissi barədə düşünməlidir. Çünki onun sənətkar kimi zövq aldığı və özünü reklam üçün etdiyi hərəkətlər nəticəsində yaranan situasiyalar onun körpəsinə ziyan vura bilər. Bizim müxbirlər bu məsələni geniş araşdırıblar. İstisnasız olaraq, bütün teoloqlar, dinşünas alimlər bu qənaətdədir ki, - bu, dinimizdə də var – bu fizioloji vəziyyətdə cəmiyyət arasında çox aktiv və parlaq görünmək məqbul sayılmır.
Bilirsiz, ümumilikdə müğənni yalnız sənətini göstərməlidir. Hər kəsin həyatında eniş-yoxuş, mənfi və müsbət məqamlar olur. Bunu cəmiyyətin qarşısında nümayiş etdirməyə ehtiyac yoxdur. Çünki bu, xoşagəlməz hadisələrə gətirib çıxarır. Ya da pis nümunə yayır. Məsələn, bu yaxınlarda bir faktla rastlaşdım. Nə qədər düzgün ola bilər ki, bir şou musiqiçi orta məktəbdə çox pis qiymətlərlə oxumağı ilə fəxr edir və deyir ki, “mən çox fəxr edirəm ki, orta məktəbi çox pis oxumuşam, orta məktəbi qızıl medalla qurtaranların da soyuducularına baxın, mənim də soyuducuma baxın...” Belə şeylər cəmiyyətimizə kütləvi savadsızlıq aşılayır. Bu, orta məktəb şagirdlərində elmə, savada qarşı bir antipatiya yaratmaq cəhdidir və ya siyasətidir, fəaliyyətidir. Ona görə də şou musiqiçilərin şəxsi həyatını cəmiyyət qarşısında çox müzakirəyə ehtiyac yoxdur. Onlar da bilməlidirlər ki, hansı sənətkar özünün şəxsi həyatını cəmiyyətə daha çox təqdim etmək istəyirsə, o, cəmiyyətin gözündə daha çox nüfuzdan düşür, olan-olmaz hörmətini itirir.
Bizim korifey sənətkarlarımızdan nümunə götürsünlər. Onlarla bağlı cəmiyyətdə yalnız sənətlərinə aid məlumatlar var. Bu səbəbdən də cəmiyyət onlara daim hörmət edir. İndikilərin isə əksəriyyətinə hörmət yoxdur. Hələ mən şou müğənniləri arasındakı qalmaqallar, qalmaqallardan sonra yaranan məhkəmələrdən danışmadım. Bəzi hakim dostlarım var ki, söhbət edəndə deyirlər “şou musiqiçilərin əlindən bezmişik, boş-boş işlərlə vaxtımızı alırlar”. Yeri gəlmişkən, yaxşı olardı ki, şou aləmində baş verən qalmaqalların araşdırılması ilə məşğul olan Şou Musiqi Məhkəmələri yaradılsın.
- Bir müddət əvvəl mətbuatda müğənni Xatirə İslamla bağlı müxtəlif sensasion xəbərlər gedirdi. O xəbərlərdən birində müğənninin “Xalq artisti” fəxri adını almaqdan ötrü kiməsə 100 min manat verdiyi də bildirilirdi. Müğənni özü isə xəbərləri təkzib elədi. Məhz “Xalq artisti” adını almaqla bağlı xəbər Sizə nə qədər inandırıcı göründü?
- Vallah, bunun nə qədər həqiqət olub-olmadığını deyə bilmərəm. Ancaq fəxri adlarla bağlı cəmiyyətimizdə çox pis istiqamətdə müxtəlif xəbərlər, şayiələr dolaşır. Və çox pisdir ki, dövlətimizin başında duran çox mötəbər adamların etimad göstərib fəxri ad verdiyi adamların bir çoxu o adları doğrulda bilmir, ona layiq olmayan hərəkətlər edir. Xüsusən, bu adı alandan sonra həmin fəxri ada uyğun olmayan hərəkətlər diqqəti çəkir. Məsələn, mən özüm görmüşəm ki, axşam televiziyada Xalq artisti adı alacağı barədə xəbəri çıxacaq adam birbaşa efirdə deyir ki, “mən bu gün camaata çox abırsız danışacam”.
Bu cür söhbət edən birisinin fəxri ad alması cəmiyyəti incidir. Bəziləri isə fəxri ad alana qədər yolverilməz üsullardan istifadə etməyə cəhd göstərirlər ki, bu da cəmiyyəti narahat edir. Ancaq hər iki halda nəticə birdir: o adamlar fəxri ad almağa layiq deyillər. Fikrimcə, fəxri adlar olmasa yaxşıdır. Sənətkarın qiymətini dövlət yox, xalq verməlidir. Çünki dövlət mücərrəd bir anlayışdır. Xalq isə real anlayışdır.
- Konkret olaraq, Xalq artisti adını almış Faiq Ağayev və Aygün Kazımova bu fəxri adlara layiqdirmi?
- Bilirsiz, ümumiyyətlə mən bu fəxri adları musiqi adamlarına nəzərən qiymətləndirmək fikrində deyiləm. Həmin adamların fəxri ada layiq olub-olmadığını təhlil eləmək istəmirəm. Ancaq onu istəyərdim ki, ya bu adlar, ümumiyyətlə olmasın. Yaxud da fəxri ad veriləndən sonra həmin adı daşıyan şəxslərin bu ada layiq olub-olmaması barədə çox işlək bir mexanizm işlənməlidir. Yəni, necə ki, fəxri adların verilmə mexanizmi var – nazirlikdən təqdimat olur, sonra dövlətin başqa instansiyasına çıxır və s. - , onun geri alınması mexanizmi də olmalıdır. Fəxri adların geri alınması mexanizmi olsa, bu, Azərbaycanda çox məhsuldar nəticələr verər. Daha onda özünə hörmət edən sənətkarlar kimlərisə nəzərdə tutaraq KİV-ə “mən fəxri adımdan imtina edirəm” deməz və biz də bu cür acı reallıqlarla rastlaşmarıq.
- SMS-li yarışmalara münasibətiniz necədir?
- SMS-lə yarış keçirib qalib müəyyənləşdirmək bəzi “haqqı” əvvəlcədən alınaraq, nəticəsi bəlli olan rəy sorğularına oxşayır. Həmin rəy sorğuları ilə SMS-li musiqi proqramlarının arasında heç bir fərq yoxdur. O yerdə ki, söhbət insanın istedadına, ifaçılıq məharətinə verilən qiymətdən gedir, onu SMS-lə müəyyənləşdirmək uyğunsuz səslənir. Ekspertlərin, təbii ki, obyektiv ekspertlərin rəyindən istifadə etmək daha çox uğurlu olardı, nəinki SMS-lərdən. Getdikcə aydınlaşır ki, əslində məqsəd heç də həqiqi istedadları üzə çıxarmaq deyil. Sadəcə SMS-lərin dalında kimlərsə külli məbləğdə pullar qazanır.
- Onda belə çıxır ki, “ulduz”, “star” yarışmalarının qalibləri də “birincilik” adına layiq istedadlı şəxslər deyil?
- Bunu təkcə mən və siz yox, çox adam deyir. Keçirilən SMS-li yarışmaların müəyyən ilkin mərhələlərində çıxarılan şəxslər, sonda qalib elan olunandan qat-qat üstün olurlar...
Pərvin ABBASOV

1478