Səməd Səmədov: “Bir il diş əkdirdim, ona görə efirə çıxa bilmədim” - MÜSAHİBƏ
Əməkdar artist Səməd Səmədovla müsahibə.
- Vaxt var idi, sizi “Toylar kralı” kimi tanıyırdılar, lakin son vaxtlar krallıq uğrunda mübarizə də var, mübarizədən qalib çıxan da... Məğlubiyyət var?
- Mənə cənab prezident ondan da böyük titul verib. Azərbaycanın əməkdar artisti adını almışam. Bu mənim üçün böyük şərəfdir. Vaxtilə çox dövlət konsertlərinə gedirdim. Konsertlərə görə toylara gecikirdim, məni danlayırdılar. Sonra neçə illər dövlət konsertlərində iştirak etmədim. Buna baxmayaraq, mənə ad verdilər. Sağ olsunlar, var olsunlar, qiymətləndirdilər. Yaxşıdır ki, “Toylar kralı” müsabiqəsi keçirildi. Bütün Azərbaycan gördü ki, nə qədər istedadlı müğənnilər var. Manaf Ağayevi mən birinci təbrik etdim. Tacir, Vidadi Bərdəli, digər müğənnilər... Siz özünüz bilirsiniz ki, televiziyada çox vaxt populyar müğənnilər çıxış edir, lakin ara müğənnilər, efir müğənniləri geridə qalır. Mən fəxr edirəm ki, Azərbaycanın əməkdar artistiyəm. Bundan sonra çalışacam daha yüksək ada - xalq artisti adına layiq olum.
- Əməkdar artist adı ilə toy müğənnisi adı bir-birilə ziddiyyət təşkil edir. Hələ də musiqi mütəxəssisləri toyun əsl sənətə qarışmağından narahatdırlar...
- İnşallah, bizim dövlətin gələcəkdə imkanı olsa, Azər Zeynalov, Təyyar, Eldəniz kimi müğənnilərə azı 10 min manat versə, onlar toya getməyəcək. Çünki elə müğənnilər Azərbaycanın sərvətidir. Allah dövlətimizə o imkanı versin ki, bizim ifaçıların gözü toylarda, mənzildə, evdə qalmasın.
- Bir halı da etiraf edək ki, bizim müğənnilər sənət uğrunda deyil, kapital uğrunda yarışa giriblər.
- Bu yaxınlarda Kamran Həsənli, Könül Kərimova, Cabbar Musayevlə Moskvaya getmişdik. “AST” Telmanın ən möhtəşəm restoranlarından olan “Safisa”da çıxış edirdik. Filipp Kirkorov yarım saata 70 min, Araş yarım saata 70 min, İbrahim Tatlısəs iki saat yarıma 300 min avro götürüb getdi. Biz bəyəm onlardan əskiyik, sizdən soruşuram...
- Siz onlardan əskik deyilsiniz, lakin onlar böyük ölkələrdə yaşayırlar, həmin müğənnilər çoxsaylı müğənnilərin içindən seçilən ən yaxşılardır, ölkələrində tələbat var, xalq sevgisi var. Adı çəkilən müğənnilərin ətrafında böyük heyət, prodüser mərkəzi işləyir. Rəqəmlər arasında fərqin olması təbiidir.
- Biz də çalşırıq çoxlu pul qazanaq ki, özümüzü təbliğ edək. Mən xaricdə konsert versəm, albom çıxartsam, o rəqəmin sahibi ola bilərəm.
- Gəlin real danışaq. Bizdə elə himayədar yoxdur. Ona görə də gərək qazandığınız pulu öz yaradıcılğınıza sərf edəsiniz. Müğənnilər isə qazandığı pulu evə, maşına sərf edib, sonra da şikayətlənirlər. Hazırda siz də o böhranı yaşamaqdasınız.
- Yox, yox, mən elə deməzdim. “Qismət” ansamblı Azərbaycanda yeganə ansambldır ki, 25 ildir fəaliyyət göstərir. Analoqu yoxdur. İki –üç nəfəri pensiyaya göndərmişəm. Əvəzində yeni musiqiçi götürmüşəm. Son iki ildə passiv oldum. Bir il diş əkdirdim, ona görə də efirə çıxa bilmədim. Mən həmişə öz üzərimdə işləyirəm. Hər il disk buraxdırıram.
- Sizə elə gəlmir ki, artıq nəsil əvəzlənməsi var? İndi bir sıra populyar müğənnilər var. Necə deyərlər, hər aşiqin öz dövranı...
- Yəqin bilirsiniz, mənim oğlum Anar Səmədov da müğənni idi. Mən ona dedim ki, oğlum, yetişməkdə olan bir çox gənc müğənnilər var, Ayaz, Elton, Zamiq... Sən gəl, başqa işlə məşğul ol. O vaxt həmin cavanlar populyar deyildilər. Uzaqgörənlik edib, onların populyarlaşacağını bilirdim. O da qulaq asdı, mən deyən oldu.
Lakin toyu aparmaq qabiliyyət tələb edir. Ağsaqqalardan Cavanşir Məmmədov və mən qalmışıq. Nə əcəb mənə tələbat var, axı mən o səviyyədə deyiləm, hər gün efirdə görünmürəm? Amma toy göstəricim var. Nəyə görə, bilirsiniz? Çünki dəfələrlə toy sahibləri mənə deyib, “Səməd müəllim, filankəs - popuylar müğənni qohumumun toyunda çıxış edib, lakin xoşuma gəlməyib. Yenə də məsləhət gördük ki, sizi dəvət edək. toy aparmaq ayrı şeydir. Bu da istedaddır. “Qismət” qrupu hələ də qalır, toylarda fəaliyyət göstərir, indi “Xalq ulduzu”ndan Nigar adlı bir qızı qrupa götürmüşəm, çox istedadlı müğənnidir. Mən onu ulduz edəcəm, bütün Azərbaycana tanıdacam. Çünki bu qız layiqdir.
- Çox vaxt qadın tərəfdaşlarınız əməkdaşlığa qısa müddətdən sonra son qoyur.
- Mənim tərəfdaşlarım vaxtilə dövrünün müğənniləri olub. Hərəsinin öz təcrübəsi, sənəti var. Onlar məndən öyrənib, mən də onlardan çox şey öyrənmişəm. Mən onları da qaldırmışam, onlarla birlikdə özüm də qalxmışam.
- Siz onlardan nə öyrənmisiniz, vokal?
- Vokal yox, repertuar. Yeri gəlmişkən, Ruhəngiz xanımın da, Bəsti Bəkirovanın da gözəl vokal imkanları var. Sevda Əliqızı gözəl oxuyur. Biz Bəsti Bəkirova ilə işləyəndə “Qrand” mükafatı almışdıq, hərəsi ilə dörd-beş il bir yerdə işləmişik. O da populyar oldu, mənim də marağım itdi. Sonra Sevdanı götürdüm, Sevda da iki ilə populyar oldu. Ola bilər ki, Sevda xanımla da nə vaxtsa ayrılaq.
- Onlar sizdən ayrılandan sonra çox işləyib az pul aldıqlarından şikayətlənmişdilər.
- Onlar Dilarə Əliyevanın verilişində bu fikri işlətmişdilər. İndi mən sizə açıq deyirəm ki, mən keçmiş “Toylar kralı”, populyar toy müğənnisi Səməd Səmədov indi də toya 3 minə gedirəm, vaxt olur ki, lap az pula da gedirəm. Çünki o müştəri ki, evimə gəlir, deyir, “Səməd müəllim, pulum azdır...” Tanınmamış yerdə toy edəndə, valah–billah, mən razılaşıram. Lakin o toydan özümə 10-15 toy tuturam.
Elə müştəri olur ki, imkanı var, lakin deyir, bir az ucuz qiymətə gəlin. Soruşuram toy hardadı, möhtəşəm restoranlardan birinin adını çəkir. Onda mən 3 minin üstünə 2 min də pul qoyub deyirəm, 5 min. Nə qədər deyir ki, yaxşı 3 min verməyə razıyam, deyirəm yox, 5 min! 3 minə razılaşmadınız ki?...
- Sizə bir səmimi sual verib, səmimi də cavab eşitmək istəyirəm. Fikir verirəm, toylardan böyük məhəbbətlə danışırsınız. Artıq yaş özünü göstərir. İstirahət vaxtı toylarda səs-küyün içində oxumaq yaxşıdır, yoxsa sakit bir məkanda dlinləyici onundə saat yarım, iki saatlıq konsertlə çıxış etmək?
- Toy qazancdır. Bundan başqa, rus demişkən, “sportivnıy interes” var da. Nəyə görə mən o müğənnidən üstün ola-ola pensiyaya çıxmalıyam? Bundan başqa, insanlar mənə qiymət verir, el şənliklərinə çağırır, niyə də getməyim?
- Bayaq dedyiniz kimi, 10 min manat pul versələr, evdə oturub sırf yaradıclıqla məşğul olarsınız?
- Mənə 10 min manat versələr, ayda 4 toya gedərəm. Verilişlərə də çıxaram, səhər efirində canlı da oxuyaram. Toyun miqdarı çox olsa, biz Avropa müğənnilərindən heç də geri qalmırıq.
- Toylarda fonoqram ənənəsi hələ də davam edir?
- Fonoqram əvvəllər var idi, indi müğənnilərin 99,9 faizi canlı oxuyur. Canlı oxumaq ləzzətdir.
- Bəzən müğənnilər toyda baş verənlərdən, təxribatlardan şikayət edirlər. Fonoqramı yarıda kəsmək, müğənnilərin toyda çıxışlarını gecikdirmək və s. kimi təxribatlar barəsində nə danışa bilərsiniz?
- Dostum Əli Mirəliyev, Allah canını sağ eləsin, çıxdı efirə, dedi ki, Səməd Səmədov “krolik”di. Mən də cavab verdlim ki, “krolik” sürətli heyvandır, mən də toyları dovşan kimi sürətlə idarə edirəm. Bir çox verilişlərdə məni təhqir elədi. Allah balalarını xoşbəxt eləsin, bu təhqir mənə elə reklam verdi ki, daha da zirvələrə çıxdım. Sonra Cavanşir Məmmədovla aramızda münaqişə oldu. Bu, sadəcə, şou idi, öz aramızda düşünmüşdük. 35 ilin dostuyuq, gördük ki, qalmaqal popuyar edir, dedik biz də istifadə edək.
- Lakin qalmaqalların fəsadları da var.
- Hələlik, ən azından Azərbaycanda fəsad görəmişəm.
- Elə xalq artistlərmiz var ki, qalmaqalla o qədər gündəmi məşğul edib ki, indi insanları özündən uzaq salıb...
- Sağlıq olsun, get-gedə bu işlər düzələcək, get-gedə daha da mədəni olacağıq.
- Siz mənim toyda baş verənlərlə bağlı sualıma cavab əvəzinə Əli Mirəliyevdən danışdınız...
- Mən iştirak etdiyim bütün toylarda müğənnilərə yaxşı münasibət göstərirəm. Elə vaxt olur çıxışımın ən gözəl yerində müğənni fonoqramı mənə tərəf uzadır, yenə də çıxışı yarımçıq kəsib, yüksək səviyyədə təqdim edirəm. Onun da ailəsi, övladı var.
- Demək istəyirsiniz, o təxribatçı müğənnilərdən deyilsinzi?
- Xeyr.
- Beş ildən sonra özünüzü harada görürsünüz?
- Çox təəssüf edirəm ki, indiyədək prodüserim olmayıb. Rövşən Cəfərovla iyirmi günlük əməkdaşlığım dövründə on beş gündür ekrandan düşmürəm.
Çox fikirləşirdim ki, bu balaca səsimlə niyə belə populyaram, sən demə intizamlı, təmiz və dəqiq olduğuma görə... Mən söz verirəm ki, vaxt gələcək, mən 3-50 minə toya gedəcəm!
- Mən bu müsahibənin kasetini saxlayacam.
Lalə Yusifqızı

2427