Estetik əməliyyat etdirən 6 ulduz
07 iyun 2025 16:32 (UTC +04:00)

Estetik əməliyyat etdirən 6 ulduz

Ulduzlar dünyasında zahiri görünüş təkcə vizit kartı deyil, həm də karyera üçün əsl alətə çevrilib. Əgər əvvəllər plastik əməliyyatlar gizli saxlanılırdısa, bu gün getdikcə daha çox məşhur açıq şəkildə bunlardan danışır.

Lent.az xarici mediaya istinadən görünüşündə narazı qaldığı məqamları dəyişdirən və bu barədə açıq danışan altı məşhuru təqdim edir. Onlar deyirlər: “Bəli, dəyişdim – və bu halımdan razıyam!”.

Kardi B

Грудь, нос и не только: 6 звезд, которые сделали пластику и гордятся результатом

Kardi daha karyerasına başlamamışdan əvvəl başa düşmüşdü ki, cazibədar sinə olmadan şou-biznes dünyasında irəliləmək çətin olacaq. O, sinə böyütmə əməliyyatı etdirdi və bunu heç vaxt peşmanlıqla xatırlamır. 2023-cü ildə VladTV-yə verdiyi müsahibədə bildirib ki, implantlar onu böyük ekranlara aparan addım olub. Instagram-da isə səmimi şəkildə yazmışdı:

"Yeni sinəmə həqiqətən aşiq oldum. Bu, mənim ilk bahalı sərmayəm idi".

İqqi Azalea

Грудь, нос и не только: 6 звезд, которые сделали пластику и гордятся результатом

İqqi heç vaxt gizlətməyib ki, döşlərini böyütdürüb. O demişdi:

"Yalan xəbərlər çıxmazdan əvvəl özüm həqiqəti deməyi üstün tuturam".

2016-cı ildə isə plastik cərrahını doğum günü münasibətilə təbrik edərkən zarafatla belə yazmışdı:

"Aydın məsələdir ki, sənə borcluyam – gözəl burnum və möhtəşəm sinəmə görə. Sən əla insansan, çünki qadınların öz bədənlərini dəyişdirmək hüququnu dəstəkləyirsən (əksər kişilər kimi deyil)".

Lisa Kudrov

Грудь, нос и не только: 6 звезд, которые сделали пластику и гордятся результатом

“Dostlar” serialındakı Fibi obrazı ilə yadda qalan aktrisa da plastik əməliyyat etdirmişdi. Lisa yeniyetməlik illərində rinoplastika (burun əməliyyatı) etdirmiş və bunu "həyatının xilası" adlandırmışdı.

Kelli Rouland

Грудь, нос и не только: 6 звезд, которые сделали пластику и гордятся результатом

“Destiny's Child” qrupunun keçmiş üzvü olan Kelli 2008-ci ildə bildirmişdi ki, A ölçüsündən B ölçüsünə keçid etdikdən sonra özünü daha özünəinamlı və xoşbəxt hiss edir. 2017-ci ildə çap olunan “Whoa, Baby” kitabında isə ana olduqdan sonra (uşaq əmizdirmədən sonra) daha bir əməliyyatı düşündüyünü qeyd etmişdi.

"Çox xoşbəxtəm. Özümü ideal hiss edirəm".

Tira Banks

Грудь, нос и не только: 6 звезд, которые сделали пластику и гордятся результатом

Supermodel Tyra Banks açıq şəkildə bildirib ki, burun əyriliyinə görə rinoplastika əməliyyatı etdirib. O, açıqlamasında bu əməliyyatın zəruri olduğunu deməklə yanaşı, belə fikirlərini də bölüşüb:

"Təbii gözəlliyi olan, amma plastik əməliyyat etdirən qadınları qınayanları başa düşmürəm. Mən burun əməliyyatı etdirmişəm və bunu açıq etiraf edirəm".

Betti Vayt

Грудь, нос и не только: 6 звезд, которые сделали пластику и гордятся результатом

Əfsanəvi aktrisa Betti Vayt “If You Ask Me” adlı kitabının altıncı nəşrində 1976-cı ildə göz qapaqlarını gərdirmə əməliyyatı etdirdiyini xatırlayır. Əvvəllər özünü bu addıma görə azacıq qınasa da, sonradan bununla razılaşmışdı:

"Təbiəti aldatmaq yaxşı deyil, amma mən yenə də göz qapağı əməliyyatı etdirdim. Gənc yaşda etdirdiyim üçün indi buna görə şadam".

Bu məşhurların hekayəsi sübut edir ki, görünüşdə edilən dəyişikliklər sadəcə estetik məqsədlə deyil, həm də şəxsi rahatlıq, özünü ifadə və karyera üçün atılan cəsarətli addımlar ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar