Bakıda DƏHŞƏTLİ QƏZA:  3 nəfər öldü - VİDEO
07 iyun 2025 15:27 (UTC +04:00)

Bakıda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü - VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, bu gün saat 14 radələrində paytaxtın Sabunçu rayonu Böyükşor qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Mercedes" markalı yük avtomobili yolun əks istiqamətində hərəkətdə olan "Volkswagen" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.  

Hazırda faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən iyunun 7-də, saat 13:50-də Nərimanov rayonu, Böyükşor gölü ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.

"Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 3 (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. Xəsarət alan 68 yaşlı (kişi cinsli) şəxs isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2780

Oxşar yazılar

Bakıda kişi küçədə qəfil öldü

Bakıda kişi küçədə qəfil öldü

26 iyul 2025 , 17:21
Rüşvətxor prokuror   həbs olundu

Rüşvətxor prokuror həbs olundu

26 iyul 2025 , 15:46
Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

26 iyul 2025 , 14:52
Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

26 iyul 2025 , 14:34
Sumqayıtda əsəb xəstəsi  tibb müəssisəsində öldü

Sumqayıtda əsəb xəstəsi tibb müəssisəsində öldü

26 iyul 2025 , 13:39
Yenicə həbsdən çıxan Fuad Cam öldü

Yenicə həbsdən çıxan Fuad Cam öldü

26 iyul 2025 , 13:35
Bakıda polisə zəng edib İsrail səfirliyini yandıracam  demişdi - HÖKM OXUNDU

Bakıda polisə zəng edib İsrail səfirliyini yandıracam demişdi - HÖKM OXUNDU

26 iyul 2025 , 13:26
Göyçayda kişi infarktdan öldü

Göyçayda kişi infarktdan öldü

26 iyul 2025 , 12:44