Amerikalı məşhur REPER:  "Müsəlmanlar qaradərililəri zəncirdə  saxlayır"
04 iyun 2025 19:07 (UTC +04:00)

Amerikalı məşhur REPER: "Müsəlmanlar qaradərililəri zəncirdə saxlayır"

Amerikalı reper Azealia Banks sosial şəbəkələrdə bir sıra sərt açıqlamalarından sonra qalmaqalın mərkəzinə düşüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, izləyicilərindən birinin Fələstin-İsrail münaqişəsindəki mövqeyi ilə bağlı sualına cavab verən Banks bildirib: “Mən sionistəm”.

Banks öz mövqeyini izah edərək, ərəb və müsəlman ölkələrini qaradərililərə qarşı davam edən zülmdə ittiham edib: “Ərəb/müsəlmanlar qaradərililəri hələ də zəncirdə saxladıqları müddətdə mən heç vaxt islampərəst olmayacağam”.

O, həmçinin əlavə edib: “Qəzzanın bombalanması ilə razı deyiləm, amma vecimə də deyil. Mən 7 oktyabrda orada olmamışam ki, nə baş verdiyini dəqiq bilim, amma ərəb dünyasında qaradərililərə qarşı heç bir sevgi görmürəm”.

Banks daha əvvəl də köləlik mövzusunda fikirlərini bildirərək, afroamerikalılara tarixi ədalətsizliyə görə kompensasiya ödənilməsini tələb etmişdi.

Bu açıqlamalar sosial şəbəkələrdə tənqid dalğasına səbəb olub. Bir çoxları sənətçini irqçilik və dözümsüzlükdə ittiham edib. Lakin Banks geri çəkilməyərək, fikirlərini müdafiə etməyə davam edib.

“O dəqiqə başlayırsınız yəhudilərlə bağlı qeybət yaymağa və onlara qarşı çıxmağa, amma müsəlmanlarla bağlı nəsə deyildikdə dərhal şok və səssizlik baş alır gedir. Lool, sizi görürəm, sürtüklər. Son iki ildə “Azad Fələstin” bayrağı ilə ortalıqda veyillənirdiniz. İndi isə – səssizlik.

Amma düzünü desəm, məni ən çox əsəbləşdirən o lənətə gəlmiş üstünlük hissidir – ərəb və müsəlmanların Amerikada qaradərililərlə qurmağa çalışdıqları saxta həmrəylik. Elə bil biz məcburuq sizin qaradərililərə qarşı etdiyiniz bütün pisliklərə göz yumaq.

Yox, üzr istəyirəm, amma İsraildəki efiyopiyalıları və ya “yəhudi qul sahibləri” barədə hekayələri ərəb və müsəlman dünyasının qaradərililərə qarşı etdiyi ÇOX DAHA QƏDDAR və AMANSIZ şeylərlə eyniləşdirməyin.

Və siz bu məsələyə cavab vermədikcə – Fələstin haqqında bircə lənətə gəlmiş söz belə eşitmək istəmirəm”, – o, ünvanına yönələn tənqidlərə cavab verib.

Azealia Banks öz qalmaqallı çıxışları və provokativ açıqlamaları ilə tanınır. Onun son açıqlamaları sənətçinin mübahisəli, lakin çəkinmədən fikrini bildirən biri kimi reputasiyasını daha da gücləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848

Oxşar yazılar