Cəlilabadda maşın kanala aşdı,  5 yaralı var - YENİLƏNİB
07 iyun 2025 15:01 (UTC +04:00)

Cəlilabadda maşın kanala aşdı, 5 yaralı var - YENİLƏNİB

Cəlilabadda baş verən qəzada xəsarət alanların kimliyi və vəziyyətləri məlum olub.

Lent.az APA-ya istinadla bildirir ki, Cəlilabad rayonunda "Ford" markalı nəqliyyat vasitəsinin kanala aşması nəticəsində 5 nəfər - 47 yaşlı Elnur İsayev, 43 yaşlı Günay İsayeva, 19 yaşlı Nurlanə Elnur qızı İsayeva, 15 yaşlı E.İsayeva və 33 yaşlı İqbal İsayev xəsarət alıblar.

Xəstəxanadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 7-də saat 11 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2-si kişi, 3-ü qadın cinsli olmaqla) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərin hazırki vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***
13:14

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.

"Ford" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub.

Maşında olan 6 nəfərdən (4 qadın, 2 kişi) 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Onlardan 3-ü ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar