Türkiyədə iki ailə arasında atışma olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Çankırı rayonunun İncik kəndində baş verib.
Ailələr arasında başlayan münaqişə qısa müddətə silahlı insidentə çevrilib. Atışma nəticəsində xəsarət alan kəndin muxtarı Ergül Sönməz hadisə yerində keçinib. Onun ailəsindən daha 3 nəfər isə yaralanıb.
Hadisə ilə əlaqədar qarşı tərəfdən 4 nəfər saxlanılıb. Araşdırma aparılır.