Müğənni Ayan “ayağına dolaşan şəxslər”in adını çəkdi
“Qalmaqal və dedi-qodusuz davam etmək istəyirəm”
Gənc müğənni Ayan Ağakişiyeva telekanalların birində “ayağıma dolaşan şəxslər” deyə müraciət yolladığı şəxslərin kimliyini açıqlayıb. Müğənni Lent.az-a açıqlamasında bu şəxslərin “V&V company” şirkətinin siması sayılan Vadim və Valeri İlişayevlər olduğunu deyib: “Məni o vaxt onlarla ortaq dostumuz tanış etmişdi. Məni görən kimi çoxdan istedadlı bir müğənnini ulduz etmək arzusunda olduqlarını dedilər. Qardaşların şərtinə görə, mən özümü tanıdana qədər şou-proqramlara qaçmalı idim. O vaxt 15 yaşım vardı, müqavilə imzalamaq hüququna malik deyildim. Lakin buna baxmayaraq, mən həqiqi olmayan sənəd imzalamalı oldum. Sonra bəstəkar Elçin İmanovla tanış oldum. O məni dinlədi və Vadim - Valeri qardaşlarına mənim gələcəyim haqqında ümidverici fikirlər söylədi. Beləcə, işbirliyimiz başladı. Onlar mənim üçün “Sənin xatirinə” adlı mahnıya klip çəkdilər, sonra özlərinin “V&V company” adlı şirkətinin təsis etdiyi “Qrand” mükafatlarını təqdim etdilər.
Ayan Ağakişiyeva vəkilinin “V&V company”nin şirkət kimi Azərbaycanda qeydiyyatdan keçmədiyini də iddia edib: “Yeri gəlmişkən, mənim vəkillərim “V&V company”nin dövlət qeydiyyatından keçmədiyini də aşkarlayıb.
Sonradan işlərimiz dayandı. Mən davam etdirmək istəsəm də, onlarda bu yöndə istək görmədim. Necə oldusa, məni məhsul kimi prodüserlər Anar və Elnurə Mədətovlara təqdm etmək fikrinə düşdülər. Amma mən bu qərarla razı deyildim. Başa düşdüm ki, bu yolla onlar məndən bir növ imtina etmək fikrindədirlər”.
Müğənni bu təklifdən imtina etdikdən sonra İlişayev qardaşlarından hədə-qorxu aldığını da açıqlayıb: “Mən onlara deyəndə ki Mədətovlarla işləmək arzusunda deyiləm, artıq hədə-qorxu eşitməyə başladım: “Biz elə edəcəyik ki, sənin heç nəyin olmaycacaq! Mən də qarşılığında “elə etməyin ki, özünüzə problem yaratmayasınız”, cavabını verdim”.
Ayan mübahisədən sonra qarşı tələbin ondan 30 min manat tələb etdiyini deyib: “Bu söhbətlərdən sonra onlar məndən yaradıcılığıma sərf etdiklərini iddia etdikləri 30 min manatı tələb etməyə başladılar”.
Müğənni o hadisədən sonra müstəqil fəaliyyət göstərməsinə baxmayaraq, İlişayev qardaşlarının həmişə ona mane olmaq istədiklərini deyib: “Altı ay əvvəl müsahibələrimin birində qrafik üslubda klip çəkdirəcəyimi demişdim. Qardaşlarin mənə mane olmaq məqsədilə başqa müğənniyə o şəkildə klip sifariş etdiklərini eşitdim. Əgər çalışıb işi tez təhvil verməsəydim, o klip məndən əvvəl efirdə görünəcəkdi”.
Müğənni bu səbədən artıq səs-küylü məkanlardan və insanlardan uzaq gəzdiyini deyib: “Qalmaqal və dedi-qodusuz davam etmək istəyirəm”.
Məsələ ilə bağli “V&V company”nin nümayəndələrindən münasibət almaq istəsək də cəhdimiz alınmadı. Qeyd edək ki, vaxtilə müğənni Xatun Vadim-Valeri qardaşlarını pul qarşılığında mükafat verməkdə suçlamışdı, lakin qardaşlar məsələ ilə bağlı açıqlama vermək istəməmişdi.
Lalə Yusiqızı

1272