Münsiflər heyəti Aysellə Araş 8-ci yerə layiq görüb
20 may 2009 12:20 (UTC +04:00)

Münsiflər heyəti Aysellə Araş 8-ci yerə layiq görüb

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Eurovision-2009” müsabiqəsinin münsiflər heyətinin verdikləri xallar açıqlanıb.

APA-nın “Eurovision” müsabiqəsinin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, münsiflərin səs faizləri müsabiqənin təşkilatçısı Avropa Yayım Birliyi tərəfindən ictimaiyyətə açıqlanıb. Həm tamaşaçıların, həm də münsiflərin səs faizləri Almaniyanın xüsusi olaraq bu iş üçün ayrılmış şirkəti tərəfindən hesablanıb. Hər təmsilçi ölkədən seçilmiş beş nəfərdən ibarət münsif heyəti (ümumi 210 münsif), həm də İqor Matvienkonun sədrlik etdiyi müsabiqənin əsas beş nəfərdən ibarət münsiflər heyətinin səsverməsi nəticəsində də Norveç təmsilçisi Aleksandr Rıbak birincilik qazanıb. Təmsilçilərə verilən səslər 50-50-yə hesablanıb. Nəticələrə 50 faiz münsiflər, 50 faiz isə tamaşaçıların səsi təsir edib.

APA münsiflər heyətinin finalda iştirak edən və birincilik uğrunda mübarizə aparan 25 təmsilçiyə göndərdiyi səs faizlərini təqdim edir.

1. Norveç - 312 bal
2. İslandiya - 260 bal
3. Böyük Britaniya - 223 bal
4. Fransa - 164 bal
5. Estoniya - 124 bal
6. Danimarka - 120 bal
7. Türkiyə - 114 bal
8. Azərbaycan - 112 bal
9. İsrail - 107 bal
10. Yunanıstan - 93 bal
11. Moldova - 93 bal
12. Bosniya və Herseqovina - 90 bal
13. Malta - 87 bal
14. Almaniya - 73 bal
15. Ermənistan - 71 bal
16. Ukrayna - 68 bal
17. Rusiya - 67 bal
18. Portuqaliya - 64 bal
19. Xorvatiya - 58 bal
20. Litva - 31 bal
21. Rumıniya - 31 bal
22. İsveç - 27 bal
23. Albaniya - 26 bal
24. Finlandiya - 12 bal
25. İspaniya - 9 bal

“Eurovision” müsabiqəsinin icraçı direktoru Svante Stokselius müsabiqənin rəsmi internet saytına verdiyi açıqlamasında münsiflərlə, tamaşaçıların seçiminin üst-üstə düşməsinin də maraqlı nəticə olduğunu deyib. O, bəzi təmsilçilərin yüksək yeri məhz münsiflər heyətinin hesabına qazandığını da açıqlayıb. İcraçı direktor bu ildən etibarən müsabiqənin şərtlərinə əlavə olunan münsif səsverməsinin vaxtında verilən qərar olduğunu bildirib.
Qeyd edək ki, mayın 16-da keçirilən “Eurovision-2009” müsabiqəsinin birincisi Norveç, ikincisi İslandiya, üçüncüsü isə Azərbaycan təmsilçiləri olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956

Oxşar yazılar