Aysel Teymurzadə: “Ermənilər musiqimizin cazibəsini etiraf etdilər”
19 may 2009 10:00 (UTC +04:00)

Aysel Teymurzadə: “Ermənilər musiqimizin cazibəsini etiraf etdilər”

Moskvada keçirilən “Eurovision 2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Aysel Teymurzadə və Araşın mətbuat konfransı keçirilir.

Lent.az-ın məlumatına görə, əvvəlcə hər iki müğənni tədbirə gecikdikləri üçün üzr istəyib. Onlar gecikmələrinin səbəbini jurnalistlər qarşısına daha yaxşı və qaliblərə layiq görkəmdə çıxmaq istəkləri ilə izah ediblər.

Ermənistanın müsabiqənin finalında Azərbaycana 1 xal verməsinə münasibət bildirən Aysel bunu ifa etdikləri mahnının xeyli sevilən və ürəyəyatan olması ilə izah edib: “Bizim mahnımız o qədər ürəyəyatan və sevilən idi ki, ermənilər özlərini saxlaya bilməyib, bizə səs verdilər”.

Qeyd edək ki, Aysel – Araş cütlüyü Rusiyanın paytaxtı Moskvada keçirilmiş müsabiqədə 3-cü yeri tutub.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 779

Oxşar yazılar