Zamiqin Tarkan iddiası Çingizlə əvəzləndi...
08 yanvar 2011 15:32 (UTC +04:00)

Zamiqin Tarkan iddiası Çingizlə əvəzləndi...

Müğənni Zamiq 2011-ci ildə pərəstişkarlarına iki duet təqdim edəcək. Duetlərdən biri artıq hazırdır. Sözügedən mahnı “Sev” adlanır. Musiqisi İsmayıl Əsədova məxsusdur. Müğənni həmin mahnını Sevda Yahyayeva ilə birlikdə hazırlayıb.

İkinci duet Çingiz Mustafayev ilə nəzərdə tutulub. Bu barədə Lent.az-a Zamiqin mətbuat katibi Ləman Tağıyeva məlumat verib: “Çingiz Mustafayev ilə nəzərdə tutulan duet hələ hazır deyil. Bir aya yaxındır ki, əməkdaşlıq barədə müzakirə gedir. Hər iki tərəfin işləri olduğu üçün hələlik reallaşmayıb”.

Qeyd edək ki, Zamiq daha öncə açıqlamasında kişi müğənniləri arasında təkcə Tarkanla duet oxuyacağını açıqlamışdı.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1130

Oxşar yazılar