Şou-biznesdə gizli küsülülük: bu dəfə Röya və Zamiq...
07 yanvar 2011 14:07 (UTC +04:00)

Şou-biznesdə gizli küsülülük: bu dəfə Röya və Zamiq...

Bu küsülülük yayda “Doğma Diyar” layihəsi dövründə yaşanıb. Bu barədə Lent.az-a müğənni Röya özü etiraf edib: “Zamiqlə konsert turnesi zamanı küsmüşük. Otağa girib salam alıb salam verməmişəm. Dedim ki, Zamiq bu otağa girsə, səhnəyə çıxmayacağam”.

Röya həmin anı xatırlamağa çalışıb: “Qoy yadıma salım, görüm nəyə görə küsmüşdük... Hə, yadıma düşdü... Mən gözləməyə nifrət edirəm. Bunlar isə səhlənkardırlar. Gedib toyda 3 saat oturmuşam ki, Zamiq gələcək, onunla duet oxuyacam. Bu da maşında oturub 3 saat güzgüdə özünə baxırmış. Ona görə də dalaşıb getdim...”

Hazırda sənətçilər arasında münasibət əvvəlki qaydada, dostluq şəraitində davam edir.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765

Oxşar yazılar