Nura Suri polislə kimə görə dalaşdı?
05 yanvar 2011 17:31 (UTC +04:00)

Nura Suri polislə kimə görə dalaşdı?

Lent.az-ın fotomüxbiri həmin mübahisənin şahidi olub.

Müğənni öz avtomobilində Qala Qapısında tıxacda gözləyərkən polislərin hərəkətinə irad tutub və bu, mübahisəyə çevrilib.

Redaksiyamıza telefon açan Nura xanım xəbərə bəzi dəqiqləşdirmələr edib. Onun dediyindən bəlli olub ki, Qala Qapısının qarşısında polis ondan qabaqda gedən avtomobili saxlayıb, İçərişəhərə giriş haqqı ödəməsini tələb edib. Həmin şəxsin isə imkansız və əlil olduğunu və ödəmək imkanı olmadığını görən xanım müğənni polisə irad tutub və həmin ödənişi özü edəcəyini bildirib. Müğənni deyib ki, bu addımı həm imkansız bir şəxsə köməklik göstərmək, həm də tıxac yaranmasının qarşısını almaq üçün atıb.

Sonda mübahisə qarşılıqlı anlaşma ilə bitib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1775

Oxşar yazılar