“Kurtlar Vadisi”nin aktyorları üçün fahişə tələsi!
04 yanvar 2011 14:25 (UTC +04:00)

“Kurtlar Vadisi”nin aktyorları üçün fahişə tələsi!

Göz altına alınan şəxslər “Kurtlar Vadisi Fələstin” filminin aktyorlarına otel otaqlarında “qadın hədiyyə edildiyini” iddia ediblər.

Lent.az-ın “haverturk.com” saytına istinadən verdiyi məlumata görə, Gökhan Uyqun (Memati), Kenan Çoban (Abdülhey) və Erdem Ergüneyin (Dəli Hikmət) də adının telefon danışıqlarında və otelin təhlükəsizlik kamerasında olduğu ortaya çıxıb.

Polisin iddialarına görə, filmin sponsoru Y. Alpay təqsirləndirilən Ç. Çetinə zəng vuraraq, filmin aktyorları üçün 4 qadın istəyib. Yaxalanan qadınlar da aktyorlarla münasibətdə olduqlarını iddia ediblər.

Qadınlardan birinin iddiasına görə isə filmin baş rol ifaçısı Necati Şaşmaz (Polad Alemdar) üçün də otelə bir qadın göndərilib.

Sponsor Y. Alpay ifadəsində Ç. Çetinə zəng vurub yoldaşlarına qadın sifariş etdiyini, bunun qarşılığında da Ç. Çetinin bank hesabına 2750 TL (1400 manat) göndərdiyini boynuna alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1359

Oxşar yazılar