Telekanallarımız bayrama nə hazırlayıb? - SORĞU
Təbiətin mütəəssir etdiyi tamaşaçıları yerli telekanallar sevindirəcəklər. Bayram günlərində qışın nəfəsini, Şaxta Babanı, Qar Qızı evinizə gətirəcəklər. Yeni il sürprizləri, konsertlər, dünya azərbaycanlıları ilə görüşlər, ölkə sərhədlərindən uzaqda yaşayanlar və hətta azadlıqdan məhrum olan dustaqlar bayram həftəsində televiziya tamaşaçılarının evinin qonağı olacaqlar. Yerli telekanallar zəhmət bahasına hazırladıqları proqramları sizin ixtiyarınıza verəcəklər. Odur ki, xarici telekanallara üz tutmayın. Lent.az yeni il ərəfəsində yerli telekanallarda baxılacaq proqramları araşdırıb - seçim özünüzündür...
ANS televiziyası dekabrın 31-dən 5-dək yayımını Yeni ilin gəlişinə həsr edəcək. ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Rəşad Məmmədov Lent.az-a açıqlamasında deyib ki, bayram günlərində demək olar, bütün proqramlar bayram əhval-ruhiyyəsində olacaq: “ANS-in tamaşaçıları üçün “Üç rəngli bayrağımız” adlı bayram şousu hazırlanıb. Dekabrın 31-də “Qulp” proqramının xüsusi buraxılışı olacaq, bayram günü dustaqlar yad olunacaq, onlar üçün hazırlanan konsert proqramı nümayiş etdiriləcək. Bundan başqa, ənənəvi olaraq Yeni il axşamı meyxanaçıların konsert proqramı göstəriləcək. Digər proqramlarımız da eyni konsepsiyada hazırlanıb”.
“Lider” Telekanalının baş prodüseri Emin Hüseynov artıq dünəndən etibarən, yəni dekabrın 27-dən yeni il proqramlarına start verildiyini deyib: “Artıq dekabrın 27-dən etibarən əyləncəli proqramlarımız start götürüb. Telekanalımız böyük Yeni il şənliyi hazırlayıb. Həftə ərzində yeni il münasibəti ilə proqramların həcmi artırılıb. Dekabrın 31-də 3 saatlıq maraqlı konsert proqramı olacaq. Həmin konsertdə 60-cı illərin hit mahnıları səslənəcək. Onu da qeyd edim ki, heç bir telekanalda belə maraqlı proqram hazırlanmayıb. Bundan başqa, həftə ərzində yayımlanacaq digər proqramlarımız da Yeni ilin gəlişi münasibətilə hazırlanıb. Bu sıraya “Tap dostum”, “Qızıl pillə”, “Kim, harada və necə” də daxildir.
“Space” telekanalı qışın gəlişini hiss etməyən Azərbaycan tamaşaçıları üçün isti Hindistan ölkəsinin filmlərini xatırladan Yeni il tamaşası hazırlayıb. “Space” Telekanalı musiqi layihələri yaradıcılıq heyətinin rəhbəri Könül Nəzərli tamaşanın dekabrın 31-də nümayiş olunacağını deyib: “Hind filmlərinin motivləri əsasında “Hind yuxusu və ya Qanq, mən səninəm” adlı yeni il tamaşası hazırlamışıq. Tamaşada incəsənət adamları iştirak edəcək. Ssenari müəllifi Mikayıl Güləddinoğlu, rejissoru Mirsadıq Ağazadədir. Bundan geniş konsert proqramı çəkilib. Bayram proqramlarımız Yeni ilin gəlişindən düz Köhnə Yeni ilədək davam edəcək”.
“Xəzər” televiziyasının proqramları 2011-ci ilin gəlişindən çox, Dünya Azərbaycanlılarının həmrəyliyi ab-havasına köklənib. “Xəzər” Televiziyasının proqramlar departamenti rəhbərinin müavini Nazim Şərbətovun açıqlamasına görə, “Yaxşısı budur”, “Star Life”, “Ay Zaur” verilişlərində daha çox Dünya Azərbaycanlılarının Həmrəylik Günü vurğulanıb: “Əyləncəli proqramların demək olar ki, hamısında konsert proqramları hazırlanıb”.
ATV telekanalı yeni il sürprizlərini dekabrın 31-də təqdim edəcək. ATV-nin xəbərlər departamentinin baş redaktoru Vaqif Aydınoğlunun məlumatına görə, səhər saatlarından etibarən Yeni il şənliyi ATV telekanalında bayram əhval-ruhiyyəli silsilə proqramlarla start götürəcək. “Gün keçdi” və “Onun yarısı” proqramlarının yeni ilə həsr olunmuş xüsusi buraxılışı təqdim olunacaq. Bayram günündə qismətli iştirakçı “Tale açarı” lotereya oyununda hədiyyə əldə edəcək: “Yeni il sürprizlərini dekabrın 31-dən etibarın təqdim edəcəyik. Saat 21-dən etibarən başlayacaq və saat 1-dək davam edəcək “Rəqiblər” adlı şou-proqram hazırlanıb. Şaxta baba, Noel Baba və Santa Klaus Qar qız uğrunda mübarizə aparacaqlar. Proqramda Azərbaycanın sayılıb-seçilən incəsənət nümayəndələri iştirak edəcəklər”.
İctimai Televiziyanın 2011-ci il üçün nəzərdə tutduğu bayram proqramları bütün dünya azərbaycanlıları üçün nəzərdə tutulub. İctimai Teleradionun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov əmindir ki, bayram gecəsi hazırlanan proqramların digər yerli kanallarda alternativi olmayacaq: “Böyük səylə fərqli proqramlar hazırlamışıq. Bunlardan biri dekabrın 31-də efirə gedəcək “Sabaha inam” filmidir. Ssenarisi Ramiz Rövşənindir. Adətən yeni illə bağlı Sovet dönəmində müxtəlif filmlər çəkilib hazırlanırdı. Bu ənənəni müstəqillik dövründə biz davam etdiririk. Qısası, İctimai Televiziya yeni il həftəsi elan edib. Milli azlıqlar departamenti Azərbaycanda yaşayan milli azlıqlar üçün konsert proqramı hazırlayıb.
Bundan başqa böyük maraqla izlənən “Eurovision-2011” milli seçimi bayram konserti ilə tamaşaçı qarşısına çıxacaq. Həmin gün həm növbəti qalib müəyyən olunacaq, həm də digər qaliblər konsert proqram ı ilə çıxış edəcəklər.
“Qərib axşamlar” adlı proqram xüsusi layihə formatında Dünya Azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş xüsusi layihə formatına təqdim olunacaq. Həftə boyu xaricdə yaşayan soydaşlarımızın xahişi ilə telekörpülər olacaq, dünyada yaşaya azərbaycanlılar bir-birləri ilə İctimai kanal vasitəsilə bayramlaşacaqlar”.
Azərbaycan Dövlət Televiziyası və Radiosu isə bayram proqramlarını dekabrın 29-dan etibarən təqdim edəcək. Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımlının bildirdiyinə görə, dövlət televiziyası ənənəvi olaraq Yeni ilə həsr olunmuş geniş konsert hazırlayıb: “Bayram həftəsi 29-dan etibarən start götürəcək. “İllər qovuşanda” adlı böyük konsert proqramı olacaq. Proqram axşam saatlarından ta səhərə yaxın, saat 4-ə qədər davam edəcək. Bundan başqa bayram günlərində nümayiş etdirmək üçün bayram tamaşaları və filmləri seçilib”.
Lalə Yusifqızı

1197