“Röya gülə-gülə oğlunun yanına qaçdı...”
Lent.az-ın məlumatına görə, şəkli qutuya atılan və oyunu tərk edən son iştirakçı müğənni Röya olub.
Röya oyunun əvvəlində Vado ilə mübarizə apardığını deyib. Neytral oyunu finala qalan 3 nəfər sırasına daxil olmağı bacaran Vado hətta mübarizədə belə bitərəf olub. Vado rəqibi Röyaya qarşı çıxmayıb. Hətta ona uğurlar arzulayıb.
Lakin uğur Röyanın yox, Vadonun yanında olub. Qeyd edək ki, skripkaçı Ceyhun İsmayılov telefon əlaqəsi qurub və Murad Dadaşova Röyaya qarşı mübarizəni SMS-lə davam etdirdiyini deyib.
Röya məğlubiyyəti gülə-gülə qarşılayıb. Hətta qalib gələcəyi təqdirdə belə özünün yarışmanı tərk edəcəyini açıqlayıb. Sevinə-sevinə studiyanı tərk edən müğənnini aparıcı Murad Dadaşov bu cümlə ilə yola salıb: “Röya gülə-gülə oğlunun yanına qaçdı...”
Nəzrin

786