“Pişik” Günel arzusuna çatdı
27 dekabr 2010 11:32 (UTC +04:00)

“Pişik” Günel arzusuna çatdı

Oyunu sonuncu dəfə “Pişik” Günel ləqəbli müğənni Günel Ələkbərova tərk edib. Lent.az-ın məlumatına görə, şəkli qutuya atılan Günel oyun müddətində və məğlub olduqdan sonra mövqeyini açıqlamayıb.

Oyunu tərk etdiyi günün axşamı yumorçu Müşfiq Şahverdiyevlə möhkəm mübahisəsi yaşanan müğənni oyunu tərk edəcəyi ehtimalını diqqətdə saxlayaraq Müşfiqə qarşı mübarizə aparmayıb.

Şoumen Murad Dadaşov oyun müddətində Güneli izahat verməyə səsləyib. Onların az qala əlbəyaxa dalaşdığına işarə edərək “sizi güclə ayırdıq, bəs niyə Müşfiqə qarşı mübarizə aparmırsan” sualı Ələkbərovanın planlarını dəyişməyib.

Vado Karovin və Nigar Talıbovanın tamaşaçıları Güneli evinə yola salıb. Oyunun gedişatında intriqa və ambisiyalarını həyat amalına çevirən müğənnilərin siyahısına Günel də qoşulub. Günel sonda Röya və Müşfiqə məğlub olmadığını üçün şounu təsəlli və razılıq içində tərk etdiyini bildirib.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1816

Oxşar yazılar