Aygün Kazımova sağı vurub, solu göstərdi...
18 dekabr 2010 12:56 (UTC +04:00)

Aygün Kazımova sağı vurub, solu göstərdi...

“Maşın realiti şoun”u növbəti buraxılışında xalq artisti Aygün Kazımova tərk edib. Lent.az-ın məlumatına görə, xalq artisti əlini maşından çəkdiyi üçün yarışmanı tərk etməli olub.

Oyun müddətində Rəqsanəni ağladığı üçün təsəlli edən müğənni səhvən əlini maşından çəkməli olub. Bu o qədər gözlənilməz olub ki, süjet efirə getdiyi vaxt tamaşaçılar da həmin məqamı hiss etməyib.

Lakin Kazımova özü özünü ifşa edib: “Əgər mən bunu deməsəydim, vicdanım yol verməzdi... Maşından əlimi çəkmişdim, indi qızımın yanına getməliyəm. Mən indi İlqarəmə lazımam”.

Qeyd edək ki, oyun müddətində şəkli qutuya atılan şəxs Rəqsanə olub. Rəqsanə sms-lərin köməyi ilə oyunda qalıb və oyundan kənarlaşdırmaq istədiyi Ceyhun İsmayılova da şans yaradıb. Müğənni skripkaçını oyun müddətində kənarlaşdırmaq istəsə də, sonra bu qərardan vaz keçib.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar