“Eurovision-2011” müsabiqəsinin milli seçiminin son yarımfinalında 12 iştirakçı mübarizə aparacaq
25 dekabr 2010 12:04 (UTC +04:00)

“Eurovision-2011” müsabiqəsinin milli seçiminin son yarımfinalında 12 iştirakçı mübarizə aparacaq

APA-nın itv.az saytına istinadən yaydığı xəbərə görə, dekabrın 27-dən etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) canlı efirində bu beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək arzusunda olan 12 iştirakçı öz istedadını nümayiş etdirəcək.

Gələn həftənin bazar ertəsindən etibarən Orxan Nəsibov, Səbinə Məmmədova, Habil Əhmədov, Sadıx Ağamalıyev, Nigar Dərgahzadə, İlhamə Qasımova, Davud Əsgərli, Lalə Əliyeva, Tahir Quliyev, Günay Əhmədova, Azad Şabanov və Nigar Camal çıxış edəcək.

Dekabrın 31-də, Yeni il bayramı günü 12 namizəd arasından tamaşaçılar və münsiflər tərəfindən ən çox səs toplayanı finala vəsiqə qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1060

Oxşar yazılar