Nazpəri  Dostəliyevaya doğum günündə SMS yağışı
23 dekabr 2010 12:05 (UTC +04:00)

Nazpəri Dostəliyevaya doğum günündə SMS yağışı

Dekabrın 23-ü Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın doğum günüdür.

Xalq artisti doğum gününü yaxınlarının, ailəsinin əhatəsində qeyd edəcək. Müğənni Lent.az-a açıqlamasında təmtəraqlı ad günlərini sevmədiyini deyib. O, ən gözəl hədiyyəsini hələlik nə olduğunu bilmir: “Gecədən başlayaraq SMS-in ardı-arası kəsilmir. Dekabrın 23-nə keçən gecəni ən gözəl arzularla qarşılamışam. Hər dəqiqəm xoş sürprizlərlə irəliləyir”.

Qeyd edək ki, xalq artisti Nazpəri Dostəliyeva Bakıda doğulub. 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. İlk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub. 1998-ci ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. Bu günə qədər 10 disk və 1 albomu çıxıb. Fransa (Paris), Almaniya (Bonn, Frankfurt, Köln, Hannover), Niderland (Amsterdam), Norveç, Türkiyə və Kipr adasında çıxışlar edib. 2000-ci ildə Moskvada Böyük Teatrın səhnəsində, Almaniyanın Hannover şəhərində, 2001-ci ildə isə Norveçin Honisevok şəhərində konsert proqramı ilə çıxış edib. 2010-cu ildə Azərbaycanda ilk dəfə olaraq disk piratlarına qarşı etiraz aksiyası elan edib və bir qrup sənət yoldaşını da həmin mübarizəyə cəlb edib. Hazırda iki albom üzərində çalışır.
Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707

Oxşar yazılar