Aygün və Röyanın əməkdaşlığı nəticəsiz qaldı...
Lent.az-ın məlumatına görə, iştirakçılar Tolikin istəyi ilə, oyunun qaydalarına uyğun olaraq, ona “getsin” deyiblər.
Oyun müddətində Tolik iştirakçılardan birinin “əgər məni Tolik oyundan çıxarsa, utanaram” deməsindən xəbər tutub. Yoldaşlarından xahiş edib ki, onun şəkillərini qutuya atsınlar. Aygün Kazımova və Röya Ayxanın başçılıq etdiyi qruplaşma bu xahişi yerinə yetirib.
Lakin hesablaşma və qisas planı nəticəsiz qalıb. Aşıq Əlinin dediyi kəlmə Tolikin oyundan çıxmasına səbəb olub. Prodüser tamaşaçılarından yetərli dəstək görməyib. Tolik “facebook” səhifəsində oyundan getməsinə münasibət bildirib: “Mən bu oyunda gördüm ki, bəzi insanlar dedikləri sözü danırlar. Aşıq Əli yaxşı oğlan ola bilər, onun cəmi 22 yaşı var, dediyi sözün arxasında durmamaq kişilikdən deyil. Veriliş boyu dedim, o sözü kim deyibsə, kişi kimi desin. Lakin o dandı. Canı sağ olsun! Allah maşını kimə qismət edəcəksə, sağlıqla sürsün!”
Nəzrin

882