“Pişik Günel”i toyqabağı qoyub qaçan Fərrux danışdı
“Pişik Günel nə sənəti ilə, nə insaniyyəti ilə Mehrim xanıma tay ola bilməz! İstəməzdim mənim üçün yox olan pişik Güneldən danışım… Lakin gəzən şayiələr duet ortağım olan Mehrim xanımla aramızda narazılığa səbəb olduğundan açıqlama vermək məcburiyyətindəyəm.”
Pişik Günel kimi tanıdığımız müğənni Günel Ələkbərovanın toyqabağı yoxa çıxan və bu hərəkəti ilə bağlı indiyədək heç bir açıqlama verməyən müğənni Fərrux Əli nəhayət, ürəyindəkiləri dilə gətirib.
Lent.az-ın məlumatına görə, müğənni baş verənlərə aydınlıq gətirməyin zamanı gəldiyini söyləyib. Fərrux adının duet ortağı Mehrimlə hallanmasının, “Pişik Günelin” vesti.az saytına verdiyi son müsahibənin Mehrimlə yaradıcı münasibətlərində problem yaşadacağından narahat olduğunu deyir: "Mehrim xanım gözəl ana və peşəsinə hörmət edən müğənnidi. Mənim duet ortağımdı və kişi xüsusiyyətli qadın dostumdu. Mehrim əsl dostdu! Bəstəkar tərəfindən bizə mahnı təklif olundu. Seçim etdik və sənətə qayıtdım. Sənətimlə bağlı planlarımı, işbirliyimi qurduğum anda heç kim mənə mane ola bilməz!
Mənim Pişik Günellə bağlı saf seçimin valideynlərimi sarsıtdı və mən istəmirəm ki, bu yalan şayiələr dostlarımda, mənə əziz olan insanlarda mənə qarşı şübhə yaratsın. Mən kişiyəm, əgər bu biabırçılıqdan baş götürüb qaçmışdımsa, demək böyük səbəblər var idi. Nikaha girib, sonra da toydan qaçmaq nə idi? Dəli olmamışam ki… Bunun səbəbləri, mənim sevib-seçdiyim, inandığım Güneldə idi. Kimliyindən asılı olmayaraq onun haqqında mənə çatdırılan şayiələrə fikir vermədən onunla nikaha getdim, dini kəbin kəsdirdim. Lakin sonradan onun səhvlərini və gizli xəyanəti gördüm. Özünü vəziyyətdən çıxarmaq üçün “bəy toydan qaçdı” deməli idi. Bu, mənim qərarım idi. Bu qərara heç kimin təsiri altında olmadan, təkbaşına gəldim”.
Fərrux xəyanətlə üzləşdikdən sonra bir müddət özünə gələ bilmədiyini söyləyir: “Günelin xəyanəti məni kül etdi və mən sənətdən belə qaçdım. Aylarla bir qaranlıq küncdə depressiya yaşadım. Valideynlərim və dostlarım sağ olsunlar, onların mənəvi dəstəyi olmasaydı, çətin ki, özümə gələrdim!”
Günel müsahibəsində açıq-aydın bildirir ki, Fərrux Allah qarşısında mənim ərimdi. Bəli, Allah xatirinə mən əsl kişi kimi onunla rəsmi nikaha girmişdim. Məni bu addımı atmağa heç kim məcbur etməmişdi və heç kim yolumdan döndərə bilməmişdi. Lakin onun mənə layiq olmadığını və mənə gizli xəyanət etdiyini gördüm. Günel toya 10 gün qalmış məni başqası ilə dəyişdirdiyinə görə tək qaldı… “Gəlinliyim əlimdə qaldı” deyib, efir vasitəsilə mənim dostlarımı günahlandırdı. Dost, qardaş, bacı nə etsin? Xəyanəti edəndə düşünəydi ki, Fərrux gördüyü, tanıdığı dırnaqarası kişilərdən deyil! O ZAQS kağızı ona lazım idi, mənə yox… Dini kəbini isə pozdurmuşam”.
Günel Ələkbərovanın vesti.az saytına verdiyi müsahibədə “Mənə maraqlı deyil, onlar nə edirlər, nə ilə məşğuldurlar. Onlar mənim üçün yoxdurlar. Qeyd edim ki, Fərruxla mən rəsmi olaraq hələ də ər-arvad sayılırıq. O dəfələrlə mənə zəng edib onu yenidən qəbul etməyimi xahiş edib. Amma mən istəmirəm, çünki mənə kişi lazımdı, … yox!” – deməsinə belə münasibət bildirib:
“Güneli axırıncı dəfə toyqabağı görənəm. Bir ildən çoxdur ki, o qadınla heç bir əlaqəm yoxdu. Onunla nə görüşmüşəm, nə də sms yazmışam. Allah qarşısında da düzəm”.
Müğənni sonda hamıya ismarıc göndərməyi özünə borc bilib: “Mənim 23 yaşım olacaq və həyatım hələ qarşıdadı. Sevib ailə qurmaq istəyənlərin nəzərinə çatdırıram ki, bu çox gözəl və pak hissdir, əgər seçim düzgün olarsa. Halallıq, düzgünlük, Allah qorxusu bütün sevənlərə yar olsun!”

1323