Azərbaycanlı müğənninin mağazasına “basqın” etdilər -
Musiqi səhnəsində xalq artisti İlhamə Quliyevanın tələbəsi kimi adını tanıdan müğənni Zaur yeni klipini mətbuat nümayəndələrinə təqdim edib. Lent.az-ın məlumatına görə, gənc müğənni klipini orijinal formada tanıdıb.
İfaçı klipini yeni açdığı mağazasında nümayiş etdirib. Təqdimata media nümayəndələri ilə yanaşı xalq artisti Faiq Ağayev, bəstəkar-şairə Xanım İsmayılqızı, əməkdar artist Elza Seyidcahan, müğənni Rəqsanə, Sevinc Musayeva da qatılıb.
Müğənni həm yeni mağazanın açılışını edib, həm də müğənnilərlə birlikdə klipi izləyib. Qeyd edək ki, klip Zaurun “Xoşbəxtliyin rəngini çək” adlı mahnıya çəkilib. Mahnının sözləri və musiqisi Xanım İsmayılqızına aiddir.
Maraqlı məqamlardan biri təqdimata gələn şəxslərin klipdən çox geyim əşyalarına maraq göstərməsi olub. Müğənnilər və mətbuat işçiləri özlərinə xeyli geyim əşyaları bəyəniblər. Gənc müğənni basqına məruz qaldığını görüb, geyim əşyalarını qonaqlarına hədiyyə edib…
Nəzrin

1767