Zamiqdən etiraf: “Bir-birimizi al-qana qərq etdik...”
09 dekabr 2010 11:57 (UTC +04:00)

Zamiqdən etiraf: “Bir-birimizi al-qana qərq etdik...”

Sənətçi Lent.az-a açıqlamasında tamaşaçılardan, çalışdığı heyətdən, komanda daxilində yaşadığı maraqlı məqamlardan danışıb: “Konserti gözəl təəssüratlarla başa vurduq. Çox maraqlı oldu. Düzdü didişdik, bir-birimizi al-qana qərq etdik (gülür). Lakin nəticə yaxşıdır. Hər şey çox gözəldir. Dostluğumuz daha da möhkəmlənib”.


Zamiq tamaşaçıların reaksiyasından razıdır: “Çox adamın etmək istədiyi böyük bir layihə idi. Xalqa daha da yaxın olduq. Bu bizdən asılı deyil, hər şey tamaşaçıdan asılıdır. Başqa ölkələrdə tamaşaçılar heç yaxşı tanımadıqları sənətçini də sevə-sevə qəbul edirlər. Bizimkilər alqışlamağa belə əziyyət çəkirlər... Xalq konsertlərində diqqətdən kənar qaldığımızı deyə bilmərəm. Alqışlar oldu əlbəttə... Yevlaxda səhnədən düşmək istəmirdik. Üstəlik Füzulinin işğalı günündə səhnəyə çıxıb bir kəlmə dedik ki, biz bu gün səhnəyə çıxa bilmərik. On minlərlə tamaşaçı yığılmışdı. Hamı da bizi alqışladı. Səhnədə sənətçiyə ruh verən nədir? Əlbəttə alqışlardı...”

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854

Oxşar yazılar