Rəqqasə Məryəm öz toyunda şou göstərdi!
Lent.az-ın məlumatına görə, toy rəqqasənin vəd etdiyi “nağıl kimi” olmasa da, maraqlı və xoşagələn məqamlarla yadda qalıb.
Gəlin və bəy salona daxil olduğu vaxt ilk musiqini xalq artisti Flora Kərimova ifa edib. Cütlük xalq artistinin ifasının sədaları altında rəqs edib. Sonra “Şeron” qrupu, Murad Sadıx, Elton Hüseynəliyev və digər sənətçilər məclisi şənləndiriblər. Toya xalq artisti Faiq Ağayevin mahnıları da rəng qatıb.
Rəqqasənin toyunda müğənni Elnarə və həyat yoldaşı Rövşən Cahangirov, Zamiq, Rəqsanə, Nüşabə Ələsgərli, Natəvan Həbibi, prodüserlər Təranə Səmədova, Kənan Bayramov, Tolik, Pərviz Əsgərov, rejissor Aynurə Tahirqızı, Murad Arif və digər məşhurlar da iştirak edib.
Toyu İlkin Həsəni idarə edib.
Məclisdə məxsusi olaraq nümayiş etdirilən videomateriallarda gəlin və bəyin tanışlığı xüsusi hekayə dili ilə iştirakçılara çatdırılıb.
Adətən toylara rəqsləri ilə aş və xoş-əhval ruhiyyə gətirən Məryəm bu dəfə özü o zövqü digər rəqqasların təqdimatında görüb.
Aş, digər toylarda olduğundan, fərqli şəkildə salona gətirilib. Toyun digər yaddaqalan məqamı da Məryəmin müəlliməsi Xumar xanımın tələbəsinə xeyir-dua verməsi olub. Məryəm müəlliməsinin əllərindən öpərək, xeyir-duanı qəbul edib.
Sonra rəqqasə gələcək həyat yoldaşı və ən yaxın dostları ilə birlikdə hazırladığı şou-rəqsi məclis iştirakçılarına nümayiş etdirib.
Nəzrin

2058