Flora Kərimovanın İlhamə Quliyevanın mətbuat katibinə qarşı iddiası yenə rədd edildi
07 dekabr 2010 15:50 (UTC +04:00)

Flora Kərimovanın İlhamə Quliyevanın mətbuat katibinə qarşı iddiası yenə rədd edildi

Bu barədə Lent.az-a Faiq Ələkbərli məlumat verib.

Onun sözlərinə görə, F.Kərimovanın kasasiya şikayəti əsassız sayılaraq rədd edilib. Ali Məhkəmədə Faiq Ələkbərlinin hüquqlarını Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, 14 saylı hüquq məsləhətxanasının vəkili Şəfiqə Nağıyeva müdafiə edib.

Qeyd edək ki, F.Kərimova Binəqədi Rayon Məhkəməsində Faiq Ələkbərliyə qarşı xüsusi ittiham qaydasında, yəni, onun Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrlə ittiham olunmasına dair şikayət ərizəsi ilə müraciət edib. Həmin şikayət ərizəsi Binəqədi Rayon Məhkəməsi tərəfindən rədd edilib. Flora Kərimova bundan sonra Apellyasiya Məhkəməsinə şikayət verib, lakin Apellyasiya Məhkəməsi də onun şikayət ərizəsini rədd edib. Xalq artisti sonda Ali Məhkəməyə müraciət edib. Lakin Ali Məhkəmə də bu gün onun şikayətini rədd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703

Oxşar yazılar