Tanınmış azərbaycanlı model məşhur jurnalda üz qabığı oldu - FOTO
02 dekabr 2010 17:48 (UTC +04:00)

Tanınmış azərbaycanlı model məşhur jurnalda üz qabığı oldu - FOTO

Bu il “Best model of Azerbaijan-2010” müsabiqəsinin qalibi seçilən model Günay Musayeva növbəti qalibiyyəti “Best model of the world-2010” müsabiqəsində əldə edəcəyinə əmindir. Bu barədə o, Lent.az-a açıqlamasında deyib: “Öncə internet saytlarında çıxan xəbərlərə aydınlıq gətirmək istəyirəm. Dekabrın 11-də keçirilməsi gözlənilən müsabiqə başqa tarixə keçirilib. Çünki təşkilatçı Erkan bəy hazırda Parisdədir və əməliyyat olunması gözlənilir. Anar bəyə haqqımda söylədiyi fikirlərə görə də təşəkkür edirəm. Öz ölkəmi layiqli şəkildə təmsil edəcəm”.

Azərbaycanlı model hazırda gərgin iş rejimində olduğunu diqqətə çatdırıb: “Türkiyənin tanınmış və populyar jurnalı olan “Quality”nin üz qabığı oldum. Azərbaycandakı bir çox jurnallar da müsabiqədən sonra müraciət etdilər. Buna görə də yeni imiclə görünəcəyəm. Bundan əlavə Hot Kutiyer modelyer Romazzo və türk modelyer Eda Güngör ilə “2010” geyimlərinə kataloq çəkimi etdik. Hələlik Erkan Özərmana Allahdan şəfa diləyirəm”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059

Oxşar yazılar