Röya və Zamiq öz büdcəsindən 10 min tamaşaçıya sürpriz hazırlayır
01 dekabr 2010 16:05 (UTC +04:00)

Röya və Zamiq öz büdcəsindən 10 min tamaşaçıya sürpriz hazırlayır

Bu barədə Lent.az-a konserti həyata keçirən “Ulduz” prodakşnın rəhbəri Kənan Bayramov məlumat verib.


K.Bayramov konsertin Bakı İdman sarayında keçiriləcəyini bildirib: “Bütün heyətlə birlikdə bütün yayı təmənnasız, ürəklə çalışdıq. Çox çətinliklərimiz oldu, istədiyimiz şəraiti qurmaq üçün maneələr yarandı, lakin heç nəyə baxmayaraq, bu konsertləri reallaşdırdıq. Bu dəfə də öz büdcəmizlə istədiyimiz şəkildə olmasa da, tamaşaçıları razı sala biləcək konsert vəd edirik. Bizi dəstəkləyənlər az olsa da, həqiqətən də xalq konserti oldu, tamaşaçılara xoş ovqat yarada bildik”.


Kənan Bayramov budəfəki konsertdə tamaşaçılara 10 min nəfərlik dəvətnamələrin paylanacağını deyib: “Konsertdə dəvətnamələr paylanılacaq, 10 min nəfər tamaşaçının gəlməsi nəzərdə tutulub”


Qeyd edək ki, yay aylarında start götürən “Doğma Diyar” layihəsi Qubada başlayıb və Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli, Yevlax, Gəncə, Sumqayıt şəhərlərində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851

Oxşar yazılar