Tarkan filmə çəkiləcək
Lent.az-ın haberturk.com saytına istinadən verdiyi məlumata görə, bu günə qədər filmlərdə çəkilmək barədə təklifləri qəbul etməyən Tarkan rejissor Ərdal Muraa Aktaşın təklifinə müsbət yanaşıb. O, “Gəlincik Səsləri - Çanakkale” filmində “snayperçi Bəkir Çavuş” obrazını canlandıracaq. “Bəkir Çavuş”un mübarizə apardığı “Mançestrli Tommi”ni isə yeni zelandiyalı Martin Henderson oynayacaq.
“Bəkir Çavuş” və “Mançestirli Tommi”nin yaralanmaları və tibb bacısı Safiye Hüseyn tərəfindən müalicə edilmələrindən bəhs olunan filmin büdcəsi 10 milyon dollardır. Filmin nümayişi üçün Avstraliya, Almaniya Yeni Zelandiya və İngiltərədə razılaşmalar imzalayan rejissor Aktaş filmin ilk nümayişinin Türkiyənin Çanaqqala vilayətində olacağını bildirib.

652