Günel Zeynalova: “Xeyli qızılım oğurlanıb” - EKSKLÜZİV
Günel Zeynalova Lent.az-a açıqlamasında faktı təsdiqləyib. Ancaq müğənni hadisənin Azərbaycanda yox, Türkiyədə baş verdiyini bildirib: “Oğurluq Azərbaycandakı yox, Türkiyədəki evimizdən edilib. Biz noyabrın 8-dən 18-dək Azərbaycanda olmuşuq, hadisə də bu müddətdə törədilib. Açarlar evi təmizləməyə gələn Türkiyə vətəndaşları Seyhan, Esra, Əmrə, Azərbaycan vətəndaşları Səidə və Füzulidə olub. Hələlik heç kimi suçlamaq istəmirəm”.
Oğurlanan əşyaların qiymətinə gəlincə, Günel bunun xəbərlərdə yazılandan daha çox olduğunu söyləyib: “Xeyli qızılım oğurlanıb. Hələlik hansı qızılların oğurlandığını müəyyənləşdirirəm”.
Qeyd edək ki, Türkiyə mətbuatı müğənninin evindən dəyəri 25 min türk lirəsi (təxminən 13,5 min manat) olan qızıllarının oğurlanması barədə məlumat yayıb.
Lalə

1187