Rəqsanə müğənni Elton Hüseynəliyevi məhkəməyə verir
Eltonun ona böyük məbləğdə pul borcu olduğunu iddia edən Rəqsanə keçmiş duet ortağını məhkəməyə verəcək. Bu barədə Lent.az-a Rəqsanənin vəkili Xalid Bağırov məlumat verib: “Gələn həftə məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət göndərəcəyik. Məhkəməyə borcun qaytarılması və Rəqsanənin şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı şikayət olunacaq. Hüquq-mühafizə orqanlarına ediləcək müraciət isə Eltonun Rəqsanəyə hədə-qorxu gəlməsi ilə bağlıdır”.
Vəkil bildirib ki, məhkəməyə müraciətdə Eltonun Rəqsanədən üzr istəməsi və mətbuatda yaydığı məlumatlara dair təkzib verməsi istəniləcək.
Lalə
Vəkil bildirib ki, məhkəməyə müraciətdə Eltonun Rəqsanədən üzr istəməsi və mətbuatda yaydığı məlumatlara dair təkzib verməsi istəniləcək.
Lalə
870