İlhamə Quliyevanın Flora Kərimovaya qarşı iddiası təmin olundu
Lent.az-ın məlumatına görə, hakim Bağır Əsədovun sədrliyi ilə keçirilən iclasda Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar ləğv edilib. Ali Məhkəmə qərara alıb ki, xalq artisti Flora Kərimova qarşılıqlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edə bilməz. Bununla da Flora Kərimovanın bir il davam edən qarşılıqlı iddia tələbinə son qoyulub.
Xatırladaq ki, İlhamə Quliyevanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 14 saylı hüquq məsləhətxanasının vəkili Şəfiqə Nağıyeva müdafiə edib.
Qeyd edək ki, bir il əvvəl İlhamə Quliyeva şərəf və ləyaqətinin təhqir olunması və işgüzar nüfuzunun aşağı salınması iddiası ilə Flora Kərimovadan şikayət etmişdi. Flora Kərimova da məhkəmədə qarşılıqlı iddia qaldırmışdı.
Nizam

677