İlhamə Quliyevadan Flora Kərimovaya cavab gəldi
Səhnədə olan gənclərə müraciət edən Flora Kərimova “gənclər böyük sənətkarların məsləhətlərinə qulaq asmasın” – deyib. Aparıcının “kimdir o sənətkar?” sualına Flora Kərimova belə cavab verib: “Deyim? İlhamə Quliyeva”.
Buna cavab olaraq xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli açıqlama yayıb. Lent.az-ın məlumatına görə, İlhamə Quliyeva verilişdə deyilən sözləri şou, reklam xatirinə deyilmiş fikirlər hesab edir: “Hər kəsin qiymətini verən xalq, tamaşaçıdır. Tamaşaçılar da aydın görür ki, bütün bunlar şou, reklam xatirinə deyilmiş fikirlərdir. İlhamə xanım indiyədək bir dəfə də olsun bu cür mənasız söz-söhbətlərə baş qoşmayıb, heç vaxt F.Kərimovanın adını dilinə gətirməyi özünə layiq bilməyib.
Bu gün səhnədə olan istər gənc müğənnilər, istərsə də bəzi sənətkarlar hər zaman İlhamə xanıma hörmətlə yanaşır, onlar sənətkardan məsləhət alırlar. İlhamə xanımın fikirləri hər zaman örnək olub, sözü daşdan keçib. Yaxşı olardı ki, F.Kərimova bütün bu söz-söhbətə son qoyub sənəti, işi ilə məşğul olsun. Axı indi onun daha maraqlı işi var, gününü məhkəmə proseslərində keçirir. Özünə yeni bir məhkəmə predmeti gəzməsini məsləhət görmürük”.

677