Telman İsmayılov Tarkana 126 min dollar verib
22 noyabr 2010 13:51 (UTC +04:00)

Telman İsmayılov Tarkana 126 min dollar verib

Məşhur türk müğənnisi Tarkan Türkiyədə Qurban bayramının son günündə Azərbaycan əsilli iş adamı Telman İsmayılovun sahibi olduğu “Mardan Palace” otelində səhnəyə çıxıb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, o, konsertdən əvvəl bol miqdarda çay və su içib.

Səhnəyə çıxan müğənni öncə salondakıların Qurban bayramını təbrik edib. 2,5 saat səhnədə qalan Tarkan fasilə vermədən yeni və köhnə albomundan 21 mahnı oxuyub. Tarkanı Telman İsmayılov, onun ailəsi və minə yaxın turist dinləyib. O, oxuduğu mahnılarla pərəstişkarlarının alqışını qazanıb.

Telman İsmayılov Tarkana hər oxuduğu mahnı üçün 6 min dollar verib. Müğənni konsertdən sonra gecəni “Mardan Palace” otelində xüsusi qonaqlar üçün nəzərdə tutulan “Presidential Süit”də qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832

Oxşar yazılar