“Eurovision-2009” təmsilçimiz özünü uşaq “Eurovision-2010”unda sınayır
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, müğənni balaca qızın fövqəladə istedadından ağızdolusu danışıb: “O, heyrətamiz ifaçıdır, tezlikdə bütün İsveç onu tanıyacaq. Jozefina ilə səsyazma studiyasında tanış olmuşam. Ağlıma da gəlməzdi ki, bu qədər güclü səsi olan müğənninin cəmi 13 yaşı var. Yaşına görə üstün istedada malikdir. O nəinki oxuyur, həm də mahnılar yazır. Mənim üçün onunla birlikdə işləmək və mahnı yazmaq çox maraqlı idi. Müştərək işbirliyimizdən sonra "Allt jag vill ha" mahnısı yarandı”.
Araş deyib ki, sözügedən mahnı ilə Jozefina uşaq “Eurovision-2010” Mahnı Müsabiqəsində təmsil olunmağa hazırlaşır.
Qeyd edək ki, “Evrovision-2010” Mahnı Müsabiqəsində canlı yayımla milli seçimin 14 qalibi, eləcə də Hollandiya, Belçika, Malta, İsveç Makedoniya və digər ölkələrin iştirakçıları yarışacaq.
Lalə

807