Nazpəri Dostəliyevadan sərt xəbərdarlıq: “Qanun qarşısında cavab verərsiniz...”
Müğənninin mətbuat katibi xalq artistinin adından Lent.az-a sənətçinin görəcəyi tədbirlər barədə açıqlama göndərib: “İşçi qrupum barəmdə mətbuatda yazılanları diqqətlə izləyir, fanatlar bir-bir internet səhifələrini oxuyurlar. Bəzən tənqidlərdən çox elə təhqiramiz fikirlər yazılır ki, sevənlərim pərişan olub sms yazırlar. Təbii ki, belə fikirləri yazan azyaşlı və faydalı məşğuliyyəti olmayan bir qrup insanlardır. Onların düşüncələri məni maraqlandırmır, bəlli sənət fəaliyyətim var, dövlətimdən, geniş kütlədən lazımi diqqəti görürəm”.
Buna baxmayaraq, Dostəliyeva müəyyən tədbirlər görmək niyyətindədir: “Lakin bir halda ki, əyləncə saytlarında, forumlarda mənim və sənət dostlarım barəsində təhqiramiz fikirlər yazılır, o halda həmin saytları qanunlar və tətbiq olunacaq cəzalar ilə tanış etməli olacam. Biz sənətçiyik, qərəz obyekti deyilik, düşmənçilik üçün səbəb yaratmamışıq. Bizi sevənləri üzməyə heç kimin ixtiyarı yoxdur. Üzümü saytlara tutub son xəbərdarlığımı edirəm: faydalı məşğuliyyət axtarın, qaralama kampaniyası davam etsə, qanun qarşısında cavab verərsiniz...”
Lalə Yusifqızı

737