Faiq Ağayev: “Həkimlər məni soyundurmaq istəyəndə dedim ki...” - MÜSAHİBƏ - FOTO
- Sizinlə bağlı baş verən son xoşagəlməz hadisə geridə qalsa da, bu olaylarla bağlı hələ də çoxlu suallar var.
- Nə danışım? Olan olub, qiymətini məhkəmə verməlidir.
- Niyə məhz siz bu hadisə ilə üzləşdiniz?
- Onu bilmək olmaz ki! Mən sizdən soruşa bilərəm niyə məhz filan ayın filan günü anadan olmusunuz? Təsadüfdür bu, əzizim. Nə mənim bundan öncəki həyat tərzim, nə yaxın əhatəm, nə hadisədən bir-iki ay əvvəl baş verən olaylar işarə etmirdi ki, belə bir şey olacaq. Sadəcə olaraq istənilən insanın həyatında təsadüf, mənim həyatımda isə əvvəlcədən planlaşdırılmış qətl hadisəsidir. Çünki buna dəlalət edən məqamlar var. Niyə məhz mən? Diribaşam, bəlkə ona görə? Sataşmağa, təhqirə dırnaqarası baxmamışam, bəlkə ona görə… Bunun səbəbləri və “bəlkə”ləri çoxdur. Dəqiq cavabı məhkəmə verəcək.
- Təxminən bir aydan çox müddətdə həmin şəxs tərəfindən izləndiyinizi demişdiniz.
- Bəli, onlarca şahid var, həm oturduğunuz məkanda, həm yemək yeyəndə, həm “Mafiya” oyunlarında… Hər axşam Bəhruz peyda olurdu. Bir ara müəyyən manevrlər etdik, mən öz maşınımda yox, işçilərimin maşınında gəzdim. Yenə də həmin şəxsi gördüm, ona görə də bu qənaətə gəlib, mətbuata və istintaqa da eyni sözləri dedim. Bunun təsadüf olması mümkün deyil!
- Bir ay sizi izlədilər və bu qədər səbirlə yanaşdınız, işin əslini öyrənməyə çalışmadınız?
- Nə var ki, burda? Mən sizi bir ay sərasər hardasa görsəm, deyərəm ki, qismətə bax, yaxşı insanla hər gün görüşürəm. O insanı da 7 ildir tanıyıram, harada görsəm, çirkinlik olmasın, pul verirdim. O, ümumiyyətlə, insanlara bu məqsədlə yaxınlaşır.
Qardaşının vaxtilə məhkum olunmasından isə xəbərim yox idi. Bilirdim ki, adlı-sanlı, hörmətli atanın oğullarıdılar.
- Bir ay ərzində sual vermədiniz ki, necə olur, harada olsam, səni görürəm?
- Deyirdi dolana bilmirəm, uşağım xəstədir. Bir də, onunla danışmaq iqtidarında olan az insan var, danışığı da qüsurludur.
- Həmin vaxt çoxlarını bu sual düşündürürdü ki, səhərə yaxın
Faiq Ağayev bu qaranlıq Bakının ən qaranlıq küçələrində nə edirdi?
- Qətiyyən sizinlə razı deyiləm. Gəlin hadisələri təhrif etməyək. Kütləvi şəkildə mənə irad bildirməyiblər. Kütləvi şəkildə “Allah sizi saxlayıb, ananız namaz üstə olub” kimi sözləri eşitmişəm. İrad bildirən insanlara isə demək istəyirəm ki, həmin gün məni əməliyyat edən həkimin yaxınının toyunda idim, 20 dəqiqə oxudum, sonra şou-proqrama getdim, daha sonra dostum Ramilin klubunun təntənəli açılış mərasimində iştirak etdim. Sonra dostlarım, əhatəmdə olan insanlar dedilər ki, gedək çay içməyə, getdik.
Avara deyilik, işsiz deyilik, istirahət üçün ayda bir neçə dəfə də olsa, özümüzə vaxt ayırmalıyıq. Oradan çıxıb heç də siz dediyiniz kimi, şübhəli bir yerə getməmişdim. Hadisə, el dili ilə desək, Təzə bazarın ayağında yerləşən məkanda olub. Məni oradan tovlayıb apardılar. Əvvəl xanımı evə gətirib düşürdük. Bəhruz dalımca düşməsəydi, cinayətkar qrupun barəmdə, psixotipimlə bağlı məlumatlı olmasaydı, rahatca evimə gedəcəkdim. 10 tamamda həkim müayinəsindən keçməli idim. Ona görə də nə alkoqol içmişdim, nə yemək yemişdim.
Bu günlərdə Nəsimi rayon Polis İdarəsində görüş oldu. Seymurun və Natəvanın anası belə bir kəlmə işlətdi ki, istəyirsiniz, jurnalistlərə deyim, təsdiqləyək. Diz çökürük, yalvarırıq ki, bizi bağışlayasınız. Mən də dedim ki, siz də mənim anam, valideynin üzünü ağ da edən, qara da edən övladdır. Qoymaram ki, hansısa ana qarşımda diz çökə. Bəzi portallarda Seymurun anasının adından yazılmışdı ki, guya mən ora narkotik almaq üçün gəlmişəm və onu təsdiqləyəcəyəm. Allahına və balalarının adına and içdi ki, biz belə məlumat verməmişik. Daha maraqlı bir məqam ortaya çıxdı. Sən demə, bu valideynlərin yanına mənimlə çəkişmədə olan bir müğənni dəstək üçün gəlib. Mənim üçün çox maraqlıdır ki, o adam məhkəmənin qərarına gözləmədən orda neyləyirdi? İnsan bu qədər qara ürəkli olarmı? İllərlə mənimlə danışmayan həmkarlarım gecəsini-gündüzünü xəstəxananın qarşısında keçirdilər, ata-anama dəstək oldular...
- Bayaq dediniz ki, məni “Kubinka”ya qədər gətirdilər, necə oldu ki, ora gəlib çıxdınız?
- Yəqin mənim həm yaradıcılığım, həm də ictimai həyatım göz önündədir. Bilirsiniz ki, mənim şəxsiyyətimə toxunanda heç vaxt bağışlamıram. Üstəgəl, anama söyüş söyülə! Məndən soruşurlar ki, niyə polisə müraciət etmədiniz. Mən o məzlumları polisə versəydim, onlar el dili ilə desək, “içəri gedəcəkdilər”. Ona görə getdim ki, öz aramızda həll edək. Nə vaxtsa, sənin maşınına yol verməmişəm, nə vaxtsa, toyuğuna “kiş” demişəm. Haradan biləydim ki, cibində bıçaq olan insan məni gözləyir? Belə hadisələr çox olur, maşın yol vermir, düşürük aydınlaşdırırıq, məsələ qansız-qadasız bitir. Ona görə də deyirəm ki, planlı məsələ idi.
- Yaxşı, bu planlı məsələdə qadının nə rolu var idi?
- Əsas “provakator”… Əvvəl Ramili zərərsizləşdirirlər. Daha sonra müdafiəsiz qalmış Faiqə 6 bıçaq vururlar. 6 dəfə ha! Əlimdə avtomat var idi ki?! Bu azmış kimi, mübahisəni sakitləşdirməyə müvəffəq oldum. Maşına minmişəm, təpik vurublar. Şüşə indiyə qədər məndədir. Maşınımı sıfırdan düzəldiblər. Lakin şüşəni saxlayıblar. Şüşəyə bıçaq vurublar ki, bu gedir, öldürmək lazımdır! Nəyə görə? Hətta onların yalan ifadələrinə inansaq, desək ki, Faiq Ağayev söyüş söyüb, söyüşə görə 6 bıçaq yarası olmur. Bir bıçaq vuraydınız da, mənim nə canım var ki! Bu planlaşdırılmış qətl deyil? Mənə vurulan bıçaqlardan sağ qalmağımın bir səbəbi var. Mübarizə zəminində qismən yayınmışam və vaxtında xəstəxanaya çatmışam. Gec çatsaydım, öləcəkdim.
- O vəziyyətdə necə maşını idarə edə bildiniz?
- Mənə sonradan həkimlər dedilər ki, siz bilirsiniz ki, Kliniki Tibbi Mərkəzə bir çox bu qəbildən olan insanlar gəlir. Onlar dedilər ki, yumruğun təsirini hiss edəcəksiniz, şillənin, güllənin, bıçağın yox! Bıçaq yarası təzə-təzə hiss olunmur. Mən elə bilirdim ki, Azərin qanına bulanmışam. Qan içində görüb onu maşına çəkdim ki, tez gedək. Daha sonra həkimlər məni soyundurmaq istəyəndə dedim ki, özüm soyunacağam, sürətlə qan gəldi. Yenə deyirəm, bir dəfə bıçaqlayardın. Mənim nə canım var idi ki? Faiq Ağayevin leksikonunda “tapdalayın” sözü ola bilməz! Mən o cür ifadəni işlədə bilmərəm!
- Qadınla münaqişəniz hansı şəkildə yarandı?
- Mən qadınla heç vaxt mübarizə aparmamışam. O mənim üstümə pivə atdı. Bir əlində açıq pivə idi. Marketdən qayıdırlar. Deyəndə ki, mənim problemim sənlə yox, maşını sürən adamladır, butulkanı sındırıb, məni vurmağa çalışdı. Danışığından, artikulyasiyasından, sözləri yaymasından aydın bilinirdi ki, sərxoşdur. Qadın deməyin, mələk donuna geyindirməyin, səhər 6-nın yarısı naməhrəm kişi ilə özgə kişinin evinə gedən qadındır? Qadınlıqdan çıxıb. Məndən əvvəl 4 cinayəti var bu qadının. Dəfələrlə silahlı basqın edib.
- Necə oldu ki, mühafizəçi sizi qoruya bilmədi?
- O adam da öz işinin virtuozdur. Utanmasaydım, Azərin də, Raminin də bıçaq yarasını sizə göstərərdim, eyni nahiyədən vurulub. Bıçağın dönmə qradusu, vurulma yeri eynidir. Elə bir eyni qarındır. O adam bu işdə pərgardır, əzizim!
- Xəstəxanada özünüzlə bağlı hansı ağlasığmaz şayiələri eşitdiniz?
- Biri o idi ki, “Kubinka”ya getmişdim narkotik almağa, ikincisi guya biz orda dalaşanda bütün qonşular tökülmüşdü. Açıq demək istəyirəm. Orda o basqına hansısa qonşu çıxsaydı, mənim qəbiristanlığa çatan hissəm kibrit qutusu boyda olardı. Tikə-tikə kəsərdilər bizi orda! Ağsaqqal çıxsaydı, deyərdi çəkil.
- Belə xəbər də var idi ki, siz xəstəxanaya pul köçürmək iqtidarında olmamısız.
- Azər və mən dövlət hesabına müalicə olunmuşuq. Kliniki Tibbi Mərkəzdə pullu xidmət yoxdur. Pulu xidmət olsaydı, qarşıma qəbz qoyardılar. Mən belə axmaq versiyanı eşitməmişdim. Həkimlər özləri də çıxış edib deyiblər ki, dövlət hesabına müalicə alıb.
- Üstü açılmayan cinayətlər də olur. Belə olan təqdirdə necə qarşılayacaqsınız?
- Mənim həyatımda bir neçə dəfə məhkəmə olub. Nəticə həmişə ədalətli olub. Bu dəfə də qərarı gözləyəcəyəm. İstintaqın sona çatmasını gözləyirəm. Bu barədə baş prokurorluğa da müraciət etmişəm, işin başqa maddə ilə tövsif olunmasını istəyirəm. Bu, sadə küçə xuliqanlığı deyil, cinayətdir. Mənim yaddaşıma möhürlənib, Göy məscidin yanından keçirdim. Anam o vaxt namaza oyanır. Məni narahat edən bircə o idi ki, Azərin səhhətini bərpa etsinlər. Çünki qanı Azərin üzərində görmüşdüm. Azərin kirvəsiyəm, onun valideynləri məni, mənim də valideynlərim onu oğul kimi qəbul edirlər.
- Bu hadisəni düşünəndə konkret olaraq nədən və kimdənsə şübhələnirsiniz?
- Yox. Ona qalsa, mən Rüfətin qardaşına hörmət etmişəm. O, əksinə, mənə qarşı həlim olmalı idi ki, dolanışığına kömək edən insanlardan biri olmuşam. Qızı görməmişəm. Şeytan insanın ağlına bu məqamda min dənə ilan-qurbağa gətirir. Mənim şeytanla işim yoxdur. Mən gecə yatanda “Kəlimeyi-şəhadət”imi, “Ayətül- kürsi”ni oxuyub yatan insanam.
- Deyirlər, “ekstra”ların da qiyməti qalxıb.
- Yox, açığını deyim ki, qəti surətdə yox. Xalq artisti olanda cüzi artım olmuşdu.
- O qadını bağışlamaq fikriniz var?
- Qadını qayğanağı düzgün bişirməyəndə, köynəyin ləkəsi olanda, qonşu qadınla yabalaşanda bağışlamaq olar. Qadın şüşə qırığını yerə çırpıb məni öldürmək istəyirsə, bunu bağışlamaq olarmı? Cinayətin cinsi yoxdur. “Bağışlayın” deyənlərə isə bildirmək istəyirəm ki, sizin övladınızı bıçaqlamaq istəsəydilər, bağışlayardınız?
Lalə Yusifqızı

2039