Günel Zeynalova “Azad Azərbaycan” telekanalı ilə mübarizəyə qalxdı
01 noyabr 2010 15:58 (UTC +04:00)

Günel Zeynalova “Azad Azərbaycan” telekanalı ilə mübarizəyə qalxdı

Bu barədə Lent.az-a Günel Zeynalovanın ailəsinin yaxın dostu Nazim Məmmədov məlumat verib: “Artıq sənədləri hazırlamışıq, vəkillə danışmışıq, bir-iki günə təhvil verəcəyik. Hər şeyin ölçüsü var, “ATV” kanalının “Onlar” verilişində Güneli və məni təhqir ediblər. Əlbəttə, bu məqsədli süjet və sifarişdir. O müğənnidən öncə insandır, heç kimin heç kəsi təhqir etməyə ixtiyarı yoxdur”.

Qeyd edək ki, “ATV” kanalında yayımlanan “Onlar” verilişində Günel Zeynalova barəsində süjet verilib, süjetdə “tərbiyəsiz”, “Türkiyədə hörmətsiz müğənni”, “Qaç, hara istəyirsən, qaç” kimi ifadələr işlədilib.

“Onlar” verilişinin aparıcısı Afaq xanım isə məsələ ilə bağlı açıqlama vermək niyyətində olmadıqlarını deyib: “Nə istəyirlər, qoy onu da etsinlər, münasibət bildirmək istəmirik”.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1726

Oxşar yazılar