“Sevda Yəhyayeva dedi, mənə cadu etmisən” - FOTO
Bu barədə gənc bəstəkar özü Lent.az-a məlumat verib: “Röya ilə hazırladığımız “Bir il keçdi” mahnısı yeni hitə çevrildi. Aygün xanımla da eyni nəticə olacağına əminəm”.
Bəstəkar gördüyü işlər müqabilində yaxşı qonorar aldığını da deyib: “Əksər mahnı müəllifləri işə başlayanda çalışır ki, məşhur müğənnilərlə işləsin, adı tanınsın. Mahnını verirlər, qonorar almaq əvəzinə pul və hədiyyə verirlər. Mən sıfırdan başlayan müğənnilərlə işləməyi üstün tutdum, öz əməyimin də qarşılığını aldım, daha çox Sevda Yəhyayeva mənə müraciət etdi. Mahnılarım hitə çevrildikdən sonra müğənnilər özləri mənə müraciət etdilər, hətta Sevda Yəhyayeva mənə dedi ki, “bu nədir, mənə cadu etmisən? Ancaq sənin mahnıların populyar olur...” Bir neçə ildir tanınmış müğənnilərlə də işləyirəm. Bu yaxınlarda Aygün Kazımovaya mahnımı hədiyyə etdim, onun həqiqətən də üzərimdə haqqı var”.
Pərviz Mahmudov mahnıları ilə populyar olan Sevda Yəhyayevanın Lent.az-a verdiyi açıqlamaya da münasibət bildirib: “Sevda sizə açıqlama vermişdi ki, artıq yeni prodakşnla işləyir və bundan sonra daha uğurlu mahnılar seçəcək. Xətrini çox istəyirəm, dostumdur, uğurlar diləyirəm. Lakin özünüz də diqqət yetirsəniz, görərsiniz ki, Sevda o zaman “Sənsiz” və “Buz kimi” mahnıları ilə şöhrət qazanıb, onların da müəllifi mənəm. Əlbəttə, onun başqa bəstəkarlarla işləməyi normaldır, lakin daha uğurlu mahnı deyəndə nəyi nəzərdə tutur, onu bilmirəm...”
Lalə

1917