“Best of Model Azerbaijan-2010”un qalibi Günay Musayeva: “Təşkilatçıların hərəkətlərinə çox əsəbiləşdim...” - MÜSAHİBƏ
- Günay, qələbəni təbrik edirəm, amma müsabiqə ilə bağlı xoşagəlməz söz-söhbətlər də çox oldu, aydınlıq gətirək... Yusif Güney Bakıdan küsülü getdi...
G. M: - Yusif mənim dostumdur, buraya da məni dəstəkləmək üçün gəlmişdi. Yusifi Erkan Özərman da çox sevir, “oğlum” deyir. Mən də eşitdim ki, müsabiqəyə gəlib və ortalıqda qalıb. O axı münsiflər heyətinin tərkibində olmalı idi, ən azından hörmət mənasında xoş üzlə qarşılanmalı idi. Yusif başqa məkanlara 20-30 min manatdan aşağı getmir. Buraya təmənnasız gəlib mahnı oxuyacaqdı. Əlbəttə, bunu dostu üçün edəcəkdi. Lakin ən azından bunu diqqət kimi qarşılamaq lazım idi, nəticədə müsabiqənin sizin üçün əhəmiyyəti var. Bu ilki müsabiqənin təşkilatçılarına bu hərəkətlərinə görə çox əsəbiləşdim. Təşkilatçılıq sıfır səviyyəsində idi!
Onlar təşəkkür etməli idilər ki, Türkiyənin məşhur müğənnisi təmənnasız onların proqramına qatılıb. Çox hörmətsizlik oldu. Hətta qaliblərə vəd edilən hədiyyələrin heç biri verilmədi, yalnız şubanı verdilər...
- Qələbəni ədalətli qəbul etmirlər, deyirlər, bu əvvəlcədən alınmış yer idi...
G. M: - Kim deyir onu?
- Təşkilatçılar...
G. M: - Mənim Validə xanıma heç bir hörmətsizliyim olmadı. Əvvəl gündən ona böyük olduğu üçün, ən azından anam yaşında bir xanım olduğu üçün hörmətlə yanaşdım. Mənim ona hər hansı bir hörmətsizliyim düzgün olmaz axı. Münsiflər səs çoxluğunu mənə verdi, birinci oldum. Niyə mənə səs verdilər?
Mən gələndə artıq orda favoritə çevrilmişdim. Qarşıma kim çıxırdı, deyirdi, sən layiqsən. Mənim üçün yaxşı keçdi. Modelyer Romazzonun da dəfiləsində yer aldım. İştirakçılardan bir mən vardım.
- İştirakçıların sənə münasibəti necə idi?
G. M: - Heç birindən hər hansı bir narazılıq görmədim. Gəlib gülər üzlə, sevinclə təbrik etdilər. Ona görə narazı olduqlarını düşünmürəm. Hər müsabiqənin sonunda mütləq dedi-qodular çıxır. Buna görə də normal qarşılayıram. Söz-söhbətsiz heç nə yoxdur. Əsas odur ki, qalib oldum, Azərbaycanı dekabrın 11-də İstanbulda təmsil edəcəyəm. Necə ki, bu günə qədər təmsil etdim, qalib oldum, bu dəfə də nailiyyət qazanmaq üçün gedəcəyəm. Bu, maneken yarışmasıdır, gözəllik müsabiqəsi deyil. İnsanlar geyimə baxır. Gərək model o geyimi gözəl daşıya bilsin. Mən daşıdım, təcrübəliyəm və seçilirəm.
- Azər, səninlə bağlı qaranlıq söz-söhbətlər olmadı? Rəqiblər arasında narazı olanlar?
A.A: - Yox, olmadı. Rəqibim Sərdar adlı oğlan idi, lakin mən 2008-də artıq ikincilik qazanmışdım.
- Nəticələrdən xəbərin var?
A.A: - Bildiyimə görə, bütün münsiflər səslərini mənə vermişdilər. Mən heç bir şey görməmişəm, blankdan xəbərim yoxdur. Onlar məni müxtəlif nominasiyalarda seçiblər.
- O tədbirdə çox pərakəndəliyin, özbaşınalığın şahidi olduq. Seçimlər necə keçirdi bu şəraitdə?
A.A: - Məşqlər “Hezz”də olurdu. Saatlarla gözləyirdik. Çox gözləməli olurduq, bu qeyri- pərakəndəliyin şahidi olmadım, lakin daha yüksək səviyyədə təşkil etmək olardı. Lyuba xanım bizə məşqlər keçirdi... Belə də... Azərbaycandan model sektoru yoxdur. Bütün müsabiqələrdən təşkilatçılar özlərini reklam edir, bunu deyə bilərəm. Oğlanlardan bir neçəsi var idi ki, onlar artıq nailiyyət əldə etmişdilər.
- Necə seçdilər sizi? Deyilənlərə görə, orda təcrübəsi olan modellər onsuz da var idi..
A.A: - Bilirsiniz, reklam təbliğatı olmadı. Ona görə də artıq təcrübəsi olan modellərdən istifadə etdilər.
- Züleyxanın qardaşı da orda idi, dedilər o olacaq...
A.A: - Mən layiq gördülər seçdilər. Onların arasında təcrübəli iştirakçılar az idi...
Lalə Yusifqızı

1906