“Best model of Azerbaijan-2010” məlum oldu
Oktyabrın 22-də “Hezz club & restaurant”da Azərbaycanda vəfat edən türkiyəli biznesmen Nahid Kabakçının xatirəsinə ithaf olunan “Best model of Azerbaijan-2010” müsabiqəsinin final şousu keçirilib. Lent.az-ın məlumatına görə, stilist Anar Ağakişiyev və foto-model Validə Abbasovanın prezidentliyi ilə düzənlənən mərasim müəyyən səbəblərdən deyildiyi vaxtdan iki saat gec başlayıb. Bu səbəblərdən biri müsabiqənin münsiflər heyətinin üzvlərinin mərasimə gec qatılması olub. Ümumilikdə yarışmanın münsif kürsüsündə əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, Ruhi, “Best model of the world” yarışmasının prezidenti Ərkan Özərman, “Fashion Model Shcool” model məktəbinin prezidenti Lyubov Kutorova, “Ok Azərbaycan”ın baş redaktoru Könül Nağıyeva, Azərbaycan Fotoqraflar Birliyinin rəhbəri Asiyat Fətullayeva, müğənnilər Elnur Hüseynov, “Best model of the world” yarışmasının koordinatoru, məşhur dizayner Ramazzo, eləcə də prezidentlər Validə Abbasova və Anar Ağakişiyev təmsil olunub. Əvvəldən münsiflər heyətində olacağı güman edilən türkiyəli müğənni Ebru Polad, Röya və Zəhra Bədəlbəyli gecəyə qatılmayıblar.
Qeyd edək ki, bu yarışmada iştirak etmək üçün Türkiyədən Azərbaycana gələn və hava limanındaca səhhətində ciddi problemlər yaranan “Best model of the world” yarışmasının prezidenti Erkan Özərman həkimlərin etirazına baxmayaraq gecəyə qatılıb. O, mərasimə xalq artisti Aygün Kazımova və həkimi ilə birgə gəlib. Bir saata yaxın final şousunda çətinliklə oturan Erkan Özərman təqdim olunmadığını və ona söz verilmədiyini görüb həkiminin yardımı ilə məclisdən gedib. Aygün Kazımova da mərasimdə sona kimi iştirak etməyib.
“Best model of Azerbaijan-2010” müsabiqəsinin aparıcıları Murad Arif və Səbinə Babayeva olub. Gecədə Fəxriyyə Xələfovanın və dizayner Ramazzonin geyimlərinin nümayişi də təşkil edilib. Müsabiqədə iştirak edən 10 qız və 10 oğlan model arasından “Miss Azərbaycan-2006”, “World Bikini Model -2008” Günay Musayeva və Azər Ağakişiyev qalib seçiliblər. Onlar bu ilin dekabrında keçiriləcək “Best model of the World-2010” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanıblar. Ancaq qaliblərin adları elan olunan vaxt Validə Abbasova səhnəyə çıxmayıb. O, zalı tərk edib və birinciliyin satıldığını bəyan edib. Bundan sonra qaliblərə tacın qoyulması mərasimini Ruhi həyata keçirib.
Onu da bildirək ki, yarışmanın nəticələri və baş vermiş xoşagəlməz məqamlarla bağlı prezidentlərindən biri stilist Anar Ağakişiyev oktyabrın 25-də mətbuat konfransı keçirəcək.
Xəyalə Muradlı

2943