Səda Sayan özünə toy elədi
17 fevral 2009 18:00 (UTC +04:00)

Səda Sayan özünə toy elədi

Türkiyənin tanınmış müənnilərindən Seda Sayan “Aşkla” adlı yeni albomunun təqdimatı ilə birlikdə toy mərasimi də təşkil edib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni və ondan 21 yaş kiçik olan həyat yoldaşı Onur Şan balqabaq şəklində toy arabası ilə səhnəyə çıxıblar. Təqdimatdan öncə media nümayəndələrinə açıqlama verən Sayan “geyimlərimi Şehriban xanım hazırladı. Mən paltarımın gəlinliyə bənzəməsini istədiyim üçün belə alındı. Xalqa söz vermişdim, evlənsəm, birlikdə qeyd edəcəyik. Bu, həm birinci ilimizdir, həm də yeni albomumun təqdimatıdır. Albomumu çox bəyəndim, illər sonra ürəyimə yatan mahnılardır”, - deyib.

Onur Şan isə “bir-birimizi çox sevirik, bu gün də nikahı təzələyirik, həyat yoldaşımın hər halı gözəldir”, - deyə bildirib.

Səhnəyə toy marşı müşayiəti ilə çıxan cütlük sevənləri tərəfindən alqışlanıb. Gəlin çiçəyi ilə səhnəyə çıxan Sayan çiçəyi pərəstişkarlarına tərəf atıb.

Gecənin aparıcısı olan Armağan Çağlayan “toy oyun havası ilə olar”, - deyərək cütlüyü rəqsə dəvət edib.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1973

Oxşar yazılar