Zaparojye qadinlarına “bir saatlıq” ər sifarişi
16 fevral 2009 12:30 (UTC +04:00)

Zaparojye qadinlarına “bir saatlıq” ər sifarişi

Kişilər də unudulmayıb: onlar da arvad sifariş edə bilərlər
Lent.az-ın “İnterfaks-Ukraina” agentliyinə istinadən məlumatına görə, zaporojyelilərə bu xidməti yerli təşkilatlardan biri təklif edir. Əsasən məişət xidməti növləri üzrə ixtisaslaşmış bu təşkilat yerli icra strukturları tərəfindən 2009-cu ilin əvvəlində yaradılıb. Təşkilat əvvəlcə “bir saatlıq ər” kateqoriyası üzrə xidmətlər təklif edirmiş. Bu xidməti icra edən “ər”lər santexnika və elektrik işləri, müxtəlif məişət problemlərinin həlli üzrə ixtisaslaşmış ustalardan ibarətdir. Onların əlindən hər iş gəlir: paltaryuyan maşının təmiri, dülgərlik işləri, qıfılın dəyişdirilməsi və s.

Xidmət bazarının imkanlarını və tələbatı nəzərə alan rəhbərlik “bir saatlıq arvad” kateqoriyası üzrə yeni xidmət sahəsi yaratmağı qərara alıblar. Evdar xanım yeni, amma müvəqqəti “ərinə” şam yeməyi hazırlaya, o işdən gəlincə paltarlarını yuya və ütüləyə, corablarını yamaya, həmçinin qadın qayğısına ehtiyacı olanlara bir çox başqa xidmətlər göstərə bilər.

Təşkilatçıların dediyinə görə, hələlik “bir saatlıq ər” kateqoriyası üzrə sifarişlər daha çoxdur. Amma “bir saatlıq arvad”ların gələcəkdə daha aktivləşəcəyi gözlənilir. Bir saatlıq “ər” və “arvad”ların qiyməti eynidir: sifariş 20 qriven, 1 saatlıq xidmətin haqqı isə 40 qrivendir.

Cəmşid Bəxtiyar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2654

Oxşar yazılar