Azəri Günel Rza Zərrabı ifşa etdi
21 yanvar 2010 12:15 (UTC +04:00)

Azəri Günel Rza Zərrabı ifşa etdi

”Rza indi də mənim danışacaqlarımı gözləsin!”

Türkiyədə yaşayan Azərbaycanlı sənətçi Günel Zeynalova Rza Zərrabın bir müddət öncə turuncutime.som-a verdiyi müsahibənin hər cümləsini faktlarla cavablandırıb. Lent.az Günelin www.sacitaslan.com-a verdiyi müsahibəni təqdim edir.

“Evimin sənədləri Rzanın adına idi”

Rza Zərrab müsahibəsində Ebru Gündeşin tanınmış və kifayət qədər zəngin müğənni olduğunu bildirmiş və demişdi ki, 1 il əvvəl Ebru Gündeşlə evlənərək, ömürlərinin sonlarına qədər birgə yaşamaq qərarına gəliblər və ona 1 lirə belə xərcləməyib.
Günel Rzanın dediklərini cavablandırıb: “Hələ mənimlə birlikdə ikən Ebru Gündeşlə mahnı üçün görüşürdü və hədiyyələr göndərirdi. Bir ildir davam edirlər, lakin hələ də mənimlə barışmaq üçün mesajlar göndərir, axtarır, evimə gəlirdi. Barışmaq üçün hətta İbrahim Tatlısəsi belə vasitəçi etmişdi. Ayrıldığım gündən etibarən şəxsimə aid bir lirə belə almamışam. Özü də bunun əksini sübut edə bilməz. Bəli, evimin kirayəsi və sənədləri Rza bəyin adınadır. Ona görə ki, mən Türkiyə vətəndaşı deyiləm və üzərimdə heç bir sənəd yox idi. Evimin kirayəsini Rza öz arzusu ilə mənə fürsət vermədən ödəyib. Mən evimin kirayəsini ödəyə bilməyəcək qədər aciz deyiləm. O mənim evimin kirayəsini ödəməklə bütün xərclərimi ödəmiş olub ki? Burdan rica edirəm, üzərinə aldığı bütün sənədləri mənə təhvil versin. Lazım olsa, o evi boşalda da bilərəm. Kimsə mənim şərəfim və qürurumla oynaya bilməz”.

“Rza sənətimə bir müddət əngəl olub”

Müğənni dəfələrlə iş adamı tərəfindən aldandığını iddia edib: “Rza bəy 8 il içərisində sürəkli “evlənəcəyik” vədi ilə məni və ailəmi aldadıb. Ailəsinin narazı olduğunu əsas gətirib və evlilik tarixini həmişə təxirə salıb. Mənim sənət həyatıma bir müddət əngəl olub. Ailəsinin müğənni gəlin istəmədiyini səbəb gətirib. Mənə də evlənəcəyi insan kimi maddi kömək edib.
Qeyd edək ki, Rza Zərrab Günellə birgə olduğu 8 il ərzində ona 4 milyon dollardan da çox pul xərclədiyini və bunu sübut edə biləcəyini dilə gətirmişdi. Hər ay Günelə orta hesabla 125 min dollar xərclədiyini və bank sənədlərində də bunun yer aldığını nəzərə çatdırıb. Rza Zərrab Günelin tək son albomuna 350 min dollar xərc çəkdiyini qeyd edib və həmin albomu hazırlayan Sezgin bəyi də otağına çağıraraq, sənəd göstərib.

Günel buna cavab olaraq, aşağıdakıları bildirib: “Rza bəy ayda 125.000 dollar xərclədiyimi və bu məsrəfi ödədiyini deyirsə, bu sənədi ondan rica edirəm. Şəxsimə aid heç bir sənəd göstərə bilməz! Bəli, evlənəcəyim bir insan olaraq mənə albomumu hədiyyə edib. Və bu pulu nə şəkildə və kimlərə ödədiyini bilmirəm, bu onun öz təşəbbüsü və razılığı ilə olub. Nəticə olaraq öz arzusu ilə evlənmək istədiyi qıza hədiyyə edib. O ki qaldı Rzanın açıqlamalarına, mənim insan içinə çıxmayacaq qədər bir hesabatım yoxdur. Heç nəyi inkar etmirəm. Fəqət məni aldadan insan kimi ona hörmətim də yoxdur ki, təşəkkür ifadə edəm”.

“Rzanın bizə gəlməsi kamera qeydlərində var”

Rza Zərrab Günelin son açıqlamasında Ebru Gündeşi aşağılamasının səbrini daşırdığını və bu səbəbdən birinci və sonuncu dəfə hər şeyi çılpaqlığı ilə dilə gətirdiyini vurğulayıb. Günelin atası Rəhman Zeynalovun “bunu sənə zorlamı etdirdik?” sualına cavabında isə deyib ki, həmin vaxt Günellə birgə olub və ona qadını kimi baxmaq insanlıq və kişilik vəzifəsi olub: “Halal xoşu olsun. Mənim keçən həftə Günelin evinə getməyim barədə məlumat da yanlışdır. Günelin evindən 15 metr kənarda səsyazma studiyası var. Mediada yayımlanan foto da orada çəkilib. Bu Rəhman bəy, bu da mən”.
Günelin atası da Rza Zərrabın bu sözlərini təsdiqləyir. Rza Zərrab məsələnin sensasion bir məqamını da açıqlayır: “Rəhman bəy, həmin şəklin çəkildiyi gün sən məni dəfələrlə arayıb, yeməyə dəvət etdin. Mən də sənə dedim ki, əsla gəlmərəm, sənin qızın yenə bir oyun oynar, oraya qəzetçiləri çağırar, gəlmirəm”.
Günelin atası da bunu təsdiqləyir: “Bəli, söylədin. 1 ildir ki, Rza qızımla 1 dəfə belə üz-üzə gəlmədilər və görüşmədilər. Görüşdürmərəm də, zatən bu iş bitib”.

Günel isə yazılanları inkar edib: “Rza bəy bəlli aralıqlarda evimə gəlib, sürəkli məni rahatsız etdi. Bizə gəldiyini sübut edən görüntülər evimin təhlükəsizlik kamerasında da mövcuddur. Ən son 30 və 31 dekabr 2009-cu il tarixində evimdən çıxarkən kamera görüntüləri də əlimdədir. Özü görüntüləndiyi halda necə bu qədər yalan danışa bilir, anlamıram. Məni rahatsız edən bir şey var, bu hadisədə yalanların yanında atamı da alət etməsi. Atamın bu müsahibədə deyilənlərin çoxundan xəbəri yoxdur. Atam müsahibə başlayandan az sonra danışmağa imkan vermədiyi üçün ofisi tərk edib gedib. “Atam Rzaya qızımla Rza bir il üz-üzə gəlmədilər” deməyib. Bunun yalan olduğu açıq-aydın ortadadır. Rza bəyi atam axtarmayıb, Rza və yanında çalışan insanlar atama zəng edib. İstəsəniz, atamın telefon qeydlərini də çıxarda bilərsiniz”.

“Rza Ebru barəsində “bədəni kişi bədəninə oxşayır” deyib”

Rza Zərrab bildirib ki, keçən həftə Günelin evinin qarşısında şəklin çəkilməsi onun üçün qurulan bir tələ olub: “Günelin atası ilə söhbət zamanı səsyazma studiyasına gedəcəyini söyləmişdim. Allah məni qəhr etsin ki, o gün həmin küçədəki studiyaya getdim. O, Günellə birgə olduğu vaxt Ebru Gündeşlə əlaqəsinin olmadığını da dilə gətirib: “Atası da buradadır, Güneldən çoxdan ayrılmışdım. Bizim Günellə ayrılığımızın başqa səbəbi var və Ebru Gündeşlə münasibətlərimizdən 2 ay əvvəl baş vermiş bir olaydır. Ancaq Günel də bilir ki, mən Ebru Gündeşin heyranı idım”.

Günel: “Zatən kamera qeydləri mənim əlimdədir. Üstəlik, Ebru Gündeşlə bağlı bir niyyətim olsaydı, Rza telefonda mənə yalvaranda bunu mənə də etdiyi xəyanəti qarşıdakı insana etməməsi üçün xəbərdarlıq etməzdim. Bütün bu danışıqların qeydləri, səsyazmaları əlimdədir. Heç bir şəkildə 8 il boyunca mənə Ebru Gündeşə olan heyranlığından bəhs etməyib. Əksinə, onun bədən quruluşunun kişi bədəninə bənzədiyini deyib. Bu da əlimdəki səsyazmalarda mövcuddur. Rza bəy özü danışıb. O ki qaldı Rzanın atamla bağıraraq danışmağına, bu cür danışıq olmayıb. Atam bu cür danışığa şərait yaradacaq insan deyil. Üstəlik, nə desə, Ebru haqqında Rzanın danışdıqlarının yanında pis kəlmə olmayacaq”.

“Ebru ilə Rzanın Bakıda bərabər olduqlarını öyrənəndə ayrıldım”

“25 noyabr 2008-ci il tarixində Ebru xanımla Rza bəyin Bakıda bərabər olduqlarını öyrəndiyim gündən etibarən Rza bəydən ayrıldım. İstəsəniz, türk havayollarından “Business class”da Azərbaycana uçduqlarını - Ebru Gündes, Rza Zarrab, Əhəd Tamimi, meneceri Sedef Arim, Zerrin Öngellə bərabər uçduqlarını, “Hyatt Regensy” otelinde qaldıqlarını öyrənə bilərsiniz.
Müğənni Rza Zərrabın qadın salonuna olan 800 dollar borcunu ödədiyini də inkar edib: “Bəli, Çingiz bəy Rza bəyin saç ustasıdır. Çingiz bəy hər dəfə ora gələndə Rzadan mənə, məndən də Rzaya xəbər aparmağa çalışırdı. Həmin gün də gəldiyimi Rzaya xəbər verdi. Rzanı qarşımda görəndə şoka düşdüm. Buna salonda olanların çoxu şahiddir. O insanlar şahidlik edə bilər. Ayaqlarıma düşüb yalvardı, yenidən barışmağımızı istədi. Mən heç nə demədim. Ondan getməsini istədim. O da getdi. Gedəndə saç ustama pul vermək istədi, nə mən, nə də ustam qəbul etdik. Bilmirəm, bəlkə özü saç ustasına pul verib, onu deməyə çalışır, lakin mənim saç ustam bir lirə belə almayıb. Maraqlansanız, soruşa bilərsiniz...”

“Ebruya pul xərclədiyini özü mənə demişdi”

“Rza bizə yardım etdiyini deyir. Bizim onun yardımına ehtiyacımız yoxdur. Əgər o səkkiz illik keçmişimizə və özünün dediyi kimi ailəmizə hörmət edirsə, yalanları ilə başqasını qorumaq üçün ailəmi rüsvay etməsin! Bundan sonra bizi rahat buraxsın! Mən onun Ebru Gündeşə xərclədiyi pulun hesabını haradan bilə bilərəm? Təbii ki, bunu özünün mənə telefonda danışdıqlarından bilirəm. Ailəmə Ebrudan aldığı daş-qaşlardan danışır, mənə də Gündeşə xərclədiyi pullara görə şikayət edirdi. Bu, səs qeydlərimdə var”.

“12 yaşımda kimə və nəyə görə xəyanət edə bilərəm?”
Rza Zərrab müsahibəsində Güneldən ayrılmasını da günahkarının elə onun özü olduğunu vurğulamışdı: “Allah eşqinə qulaq asın. 12 yaşımda kimə və nəyə görə xəyanət edə bilərəm? Yox, mən ailə yıxmışam, nə bilim nələr?! Yaxşı, belədirsə, niyə hələ də mənə yalvarıb bağışlamağımı istəyir? Əslində bunu Rzadan gözləyirdim. Atam mənim ev yıxdığımı, birilərini ayırdığımı Rzaya təsdiqləməyib. MSN-də oranjemançı dostumla dərdləşməyim doğrudur. O, ikimizi də tanıyan insandır. Məni həmişə təsəlli edir, bir gün Rzanın düzələcəyinə ümid verirdi. Çünki hər dəfə Rzanın yalanlarından, məni aldatmağından boğaza yığılmışdım”.

“Rza ilə heç vaxt bir evdə yaşamadım”

“Orajemançım dostumdur, bu gün də belədir. Mənim dostluq anlayışım onun bildiyindən tamam fərqlidir. Lazım olsa, o da lazımi açıqlamanı edə bilər. Bundan başqa, mən heç bir vaxt Rza ilə bir evdə yaşamadım. Birlikdə olduğumuz vaxt da heç bir vaxt Rza ilə ayrılmamışam. Bu da yalandır. “Aylar sonra Ebru həyatıma girdi” deməsi olduqca gülməlidir. Bu qədər əlimdə sübutun olmasına rəğmən hələ də necə belə yalan danışır, bilmirəm. O hələ mənimlə birlikdə olduğu vaxt Ebru ilə aldadırdı, üstəlik aylarla zəng vururdu, sms-lər yazıb bağışlanmağımı istəyirdi. Məni gözdən salmaq üçün bunu edir. Əgər əlində sübut çoxdursa, bu sözlərimə də sübut tapsın”.

“Ebru ilə yatım, qalxım, gələrəm” dedi...

Müğənni qəzetə müsahibə verməsinin əsl səbəbini açıqlayıb: “Bəli, mənim sənədlərim bunları sübut edir. O məni aldadıb, mən onu yox! Rzanı aldatmadım. O məni Ebru ilə aldatdı. “Gedim Ebru ilə yatım, qalxım gələrəm”, - dedi. “Arkon Resindance”də baş verənlərlə bağlı danışılanlar da yalandır. Onun yalan danışmağına ehtiyac yoxdur. Əslində kamerada aşağıda biz danışarkən bina qeydə alınıb. O arada mənim yanıma gəldi, “evlən, başqasından uşaq doğ, mənə ver, mən onu saxlayım, sonra boşan, yenidən biz evlənək”, - dedi. Məhz bu kəlmədən sonra mən Tunc ilə yemək süfrəsinə oturub danışdım. Bu kəlmə mənim qüruruma toxundu”.

”Barışmaq üçün İbrahim Tatlısəsi də araya qatdi”

Günel həqiqətə İbrahim Tatlısəsin də şahid olduğunu deyib: “20 aprel 2008-də toya gəlmişdi. İbrahim Tatlısəs də orda idi, mən o vaxt Bakıda idim. İbrahim bəy mənə zəng vurdu ki, sən mənimlə görüşmədən gedəcəksən? Dedim, onun orda olduğunu bildiyim üçün gəlmədim. “Yox”, - dedi, “o sənə yaxınlaşa bilməz, gəl”. Mən qardaşımla birlikdə “Hyatt Regensy”yə gəldik. İbrahim bəyi gözləyirdik, bir də baxdım ki, bu mənə doğru gəlir. Maşına sarı getdim. Mənə “qapını aç” dedi, hətta qardaşım da ona acıqlandı. Həmi vaxt İbrahim bəy gəldi. Ondan uzaqlaşmağını istədi. Biz İbrahim bəylə içəriyə keçdik. Rza yanımıza gəldi və İbrahim bəyə “bizi barışdır” dedi. Əmim, atam, qardaşım orda ola-ola “qələt etdim, barışdırın” dedi. Bunu oteldə hamı bildi. İbrahim bəy də bizi barışdırmaq istədi, onu çox sevdiyimə baxmayaraq, barışmadım. Oradan ayrılıb getdim. Hətta Rza mənim haqqımda “necə sayğısızlıqla mənimlə görüşmədi, getdi”, - dedi.

“Ebrunun Dubaya Rza ilə birgə getdiyini öyrəndim”

Günel Rzanın “Yemək yediyimiz zaman Günel gizlicə mənim telefonumdan Ebru Gündeşə mesajlar yazıb. Məsələn, yazıb ki, “Ebru, mən Günelə çox aşiqəm, bu iş bitib, məni arama” deməsinə də aydınlıq gətirib: “Keçək telefonundan SMS yollamağıma. Rza bizə gəldi və otağa keçib “Dubaya gedirəm, bir az yatım, oyanıb təyyarəyə yetişməliyəm”, - dedi. Bacım telefonunu araşdırdı. Dubay nömrəsini və telefonunu yoxladıq və orada Ebru Gündeşlə birlikdə olacağını öyrəndik. Bunu araşdırıb öyrənmək də olar. Və mən Ebruya sms yazdım. Ebru “Mən qayıdıram. Allah yolunu açıq etsin”, - deyə yazdı. Mən SMS-i tam açıb oxumadım. Rza oyanıb, getdi.
Qaldı ki, Rzanın şirkətindəki işçiyə pul verib SMS yazdırmağıma, bax bu maraqlıdır, mən elə bir qız tanımıram. Bəlkə Rza özü o qıza pul verib? Əvvəla, Rza iclasda belə telefonunu yanında gəzdirir. İkincisi, tutalım ki, o telefonu mənə gətirdi. Bəs mən Bakıda olanda yazılan SMS-lər? “Facebook”da yazılanlar? Bunlara nə deməli? Bunun da sübutu var.
Mənim yalanlarımdan yorulan və hər şeyi danışan Rzaya da mən yalanlarından yorulub demək istəyirəm: Rza da pulla mahnılarını İlyas Keçəçiyə yazdıran yalançıdır. Mən orada olsaydım, o mənim yanımda belə kəlmələri işlədə bilməzdi!

”Rza indi də mənim danışacaqlarımı gözləsin!”

“Əgər o bu qədər danışıb işi çirkinləşdirdisə, onda mənim də danışacaqlarıma hazır olsun! Mənim bacıma “8 il içində Günel heç vaxt məndən istifadə etmədi” deməyin, bacıma zəng vurub “Günel mənə zəng vursun”, mən zəng vurduğum vaxt “isə nə var, məndən nə istəyirsən” deməkləri hamısı telefonda var. Mənə “Ebru ilə evlənə bilərəmmi? Sən özünü onunla bir hesab etmə, evlənsəm, atam ürək ağrısından ölər”, - dedi. Sürücülərinə “Güneli ailəm istəmirdi, amma aldıq. Ebru başımızda böyük bəladır”, demədimi? Biri cürətli çıxıb bunu təsdiqləsin... O telefonda danışdığı adamın da Rzanın anası olduğuna inanmıram. Ebruya xoş gəlsin deyə, hələlik nə istəyir danışır. Afərin! Mənə də edərdi, bir gün başqasına da edər. Mənim ailəmin şərəfinə toxunan o mətbu orqanı da məhkəməyə verəcəyəm. Baxaq, görək...”
Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4193

Oxşar yazılar