Ayaz Qasımov: “Onlar özünə hörmət etməyən müğənnilərdir” - MÜSAHİBƏ
Onunla görüşümüz 9 noyabr Azərbaycanda Dövlət Bayrağı gününə təsadüf etdi. Bayraq meydanında keçirilən tədbirdən qayıdırdı. Bizi görüb, maşını yolun kənarında saxladı, hal-əhval tutdu. Elə oradaca qərara gəldim ki, gündəmə qalmaqalla, şəxsi həyatı ilə gəlməyən, daim öz sənəti ilə məşğul olan Ayaz Qasımovla müsahibə götürüm. Müğənni ilə yaradıcılığında olan yeniliklərdən, şou-biznesin son durumundan danışdıq.
Beləliklə, gənc müğənni Ayaz Qasımovun Lent.az-a müsahibəsini təqdim edirik:
- Ayaz bəy, yaradıcılıq işləriniz nə yerdədir?
- Mən yaradıcılığımı daim davam etdirmişəm. Hər zaman yeniliklər edirəm. Yeni mahnılarım çoxdur. Əməkdar artist Aybəniz Haşımova ilə sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Oqtay Kazimiyə aid olan “Mənsiz qalacaqsan” adlı mahnını oxumuşuq. Düşünürəm ki, çox gözəl duet alınıb. Çünki çox təsirli bir mahnıdır. Bu mahnını ilk dəfə eşidəndə, çox təsirləndim. Daha sonra bu mahnını Aybəniz xanım qulaq asdı. Mənə dedi ki, “Ayaz, sən bu mahnını mənim üçün oxu. Mənim dilimlə oxu”.
- Efirlərdə az-az görsənməyinizin səbəbi nədir?
- Azərbaycan şou-biznesində bu gün Ayaz Qasımov tələbatlı müğənnidir. Məni tez-tez el məclislərinə dəvət edirlər. Efirlərdə az-az görsənməyimin səbəbi də elə budur. Ancaq yeni mövsümdə efirlərə çox çıxmağı düşünürəm. Ümumiyyətlə yeni mövsüm üçün yeniliklərim çoxdur.
- Eşitdiyimə görə yeni albom çıxartmaq niyyətindəsiniz.
- Bəli, doğru qeyd elədiniz. Mən yeni albom üzərində çalışıram. Bu albomu çoxdan təqdim etməyi düşünürdüm. Lakin bizdən asılı olmayan səbəblərdən bu iş gecikdi. Artıq bu albomu yeni mövsümdə təqdim etməyi düşünürəm.
- Bir çox müğənnilərimiz kimi sizin də öz şəxsi saytınız var. İnsanlar bu saytdan necə istifadə edirlər?
- Fanatlarım yaradıcılığımla bağlı yenilikləri ilk növbədə saytımdan xəbər tuturlar. Ancaq saytın formatını dəyişmək niyyətindəyəm. Bu işdə ilkə imza atmaq fikrim var. Yeni mövsümdə bu saytı tam fərqli görəcəklər. Azərbaycanda heç bir müğənnidə olmayan bir yeniliyi Ayaz Qasımovda görəcəksiniz. İlk müjdəni isə sizin sayt vasitəsi ilə edirəm.
- Ayaz Qasımovun adının qalmaqallarda çəkilməməsinin sirri nədədir?
- Mən bu sənətə qalmaqalla deyil, sənətimlə gəlmişəm. Qalmaqal edən müğənni isə özünə hörmət etməyən müğənnidir. Mən özümə hörmət edirəm deyə qalmaqalda da yoxam. Heç qalmaqal edənlərə də baş qoşmuram. Mən sakit öz işimlə məşğulam.
- Bəs şəxsi həyatı ilə gündəmə gələn müğənnilərə münasibətiniz?
- Buna çox pis baxıram. Mənə şəxsi həyatımdan suallar versələr də, buna imkan vermirəm. Bir-iki mənim ailəmi çəkmək istədilər. Razı olmadım. Çünki bu mənim şəxsi həyatımdır.
- Əksər müğənnilərimiz xarici şou-biznesdə, yaxın Türkiyədə tanınmaq iddiasındadırlar. Bəs siz? Ümumiyyətlə Ayazın Azərbaycandan kənarda da tanınmasını istərdinizmi?
- Mənim heç vaxt belə bir iddiam olmayıb. Azərbaycanda tanınmaq qane edir. Xarici ölkədə tanınmaq istəmirəm. Öz vətənimdə hər şeydən razıyam.
Yalçın Süleymanov

4881