Yeniyetmə qızların intiharına Baş Prokurorluğun rəhbərliyi qarışdı
10 mart 2021 10:05 (UTC +04:00)

Yeniyetmə qızların intiharına Baş Prokurorluğun rəhbərliyi qarışdı

Dünən Qaradağ rayonu Lökbatan qəsəbəsində iki məktəbli qızın intiharı ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun rəhbərliyi cinayət işi üzrə istintaqın aparılmasını İstintaq İdarəsinə həvalə edib.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2082
avatar

Mehman Nəbiyev

Oxşar yazılar